İrana görə Trampa qarşı məhkəmə iddiası qaldırılacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Konqresində demokratlar İrana qarşı hərbi əməliyyatın qanunvericilərin razılığı olmadan davam etdirilməsi halında Prezident Donald Trampa qarşı məhkəmə iddiası qaldırmaq imkanını nəzərdən keçirir.
"Time" jurnalı xəbər verir ki, mayın 1-də ABŞ parlamentinin hərbi əməliyyatla bağlı məlumatlandırılmasından sonra nəzərdə tutulan 60 günlük müddət başa çatır və bundan sonra əməliyyatın davamı üçün rəsmi icazə tələb olunur.
Məlumata görə, demokrat siyasətçilər hələ yekun qərar verməyib və mövcud bütün qanunvericilik alətlərindən istifadə etməyi planlaşdırır.
Bildirilir ki, senator Adam Şiff həftənin sonuna doğru prezidentin hərbi səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qətnamə üzrə təkrar səsvermə keçirməyi planlaşdırır.
Qeyd edək ki, daha əvvəl ABŞ Senatında respublikaçı çoxluq Donald Trampın Kubaya qarşı mümkün hərbi addımlarını məhdudlaşdıran qətnamənin qəbulunu bloklamışdı.
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir
- ABŞ-nin İranın strateji adasına zərbə endirdiyi bildirilir
- Tehranın nüvə proqramı və dondurulmuş aktivləri müzakirə olunur
- Zelenski Putinlə danışmaqdan niyə imtina etdi? | İran uzun savaşa hazırdır? - YENİ BİR SƏHƏR
- ABŞ İranın strateji əhəmiyyətli Qeşm adasına zərbə endirib - Baku TV CANLI
