İrana hücumla bağlı ABŞ-yə xəbərdarlıq edilib? | İngiltərə nəşrindən sensasiyalı iddia
Yeniliklərdən dərhal xəbərdar olun
İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Vaşinqtona xəbərdarlıq edib ki, onlar öz hərbi infrastrukturlarının və hava məkanının ABŞ və ya İsrail hərbçiləri tərəfindən İrana qarşı hücum əməliyyatlarında istifadə edilməsini istəmirlər.
Bu barədə “The Wall Street Journal” ərəb rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, Tehran gizli diplomatik kanallar vasitəsilə İrana hücum üçün istifadə ediləcək əraziləri və ya hava məkanını hədəf alınacağına işarə edib.
ABŞ Ordusunun ərazilərində yerləşdirildiyi İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da xəbərdarlıq alıb.
Qəzetin həmsöhbətlərinin fikrincə, Fars körfəzi ölkələrinin neft infrastrukturuna, eləcə də regiondakı Amerika hərbi obyektlərinə və əməkdaşlarına hücum riski var.
#ABŞ teqi istifadə olunub
- Azərbaycan, ABŞ və Ermənistan hökumətləri birgə bəyanat yaydı
- Azərbaycan, ABŞ və Ermənistan arasında texniki əməkdaşlıq genişlənir - Baku TV
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- Azərbaycan, ABŞ və Ermənistan nümayəndələri arasındakı görüşlə bağlı detallar - Baku TV
