“İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər” | ABŞ Prezidenti
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni və daha sərt sanksiyaların tətbiq oluna biləcəyini bildirib.
O bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp söyləyib ki, ABŞ-nin İrana qarşı çox sərt sanksiyalar tətbiq etmək imkanı var və bununla bağlı qərar gələcək vəziyyətdən asılı olacaq.
Donald Tramp eyni zamanda Birləşmiş Ştatların müəyyən məqamda İranla danışıqları bərpa edə biləcəyini, lakin hazırda buna ehtiyac görmədiyini deyib.
"Bəlkə də müəyyən bir məqamda. Lakin hazırda mənə elə gəlir ki, vəziyyət onsuz da yaxşıdır", – deyə Donald Tramp jurnalistlərin İranla danışıqları bərpa etmək niyyətində olub-olmaması ilə bağlı sualını cavablandırarkən bildirib.
D.Tramp bir daha ABŞ-nin hazırda Hörmüz boğazına tam nəzarət etdiyini iddia edib.
#Donald Tramp teqi istifadə olunub
- İranın iqtisadi vəziyyəti Vaşinqtonla razılaşmağa mane olur? - Baku TV
- Noyabr seçkiləri Tramp administrasiyasının gələcəyini necə dəyişəcək? - Baku TV
- Keçmiş FTB direktoru ABŞ Prezidentinə təhdiddə ittiham olunur
- ABŞ İran siyasətinə dəyişiklik edir? | Trampın yeni planı nədir? - Baku TV CANLI
- ABŞ-də “ağıllı prezident” olduğu müddətdə Kim Çen Inla hər şey qaydasında olacaq
