İranda 30-dan çox universitet bombalanıb, 60 tələbə ölüb
“Son bir sutka ərzində İranın mərkəzində və qərbində 120-dən çox hədəfə aviazərbələr endirilib”.
Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Vurulan obyektlər sırasında hava hücumundan müdafiə sistemlərinin elementləri, PUA istehsalı müəssisələri və dronların buraxılış məntəqələri, eləcə də raket qüvvələrinin bazaları olub.
Bu arada Əbu-Dabidəki "Borouge" neft-kimya zavodu vurulan hava hədəflərindən düşən qalıqlar nəticəsində baş verən bir neçə yanğın səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Məlumata görə, hazırda itki yoxdur və obyektə dəyən ziyanın qiymətləndirilməsi aparılır.
ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü ilə bağlı proseslər və bunun regional, beynəlxalq nəticələri İranın xarici işlər naziri Abbas Əraqçi ilə onun misirli həmkarı Bədr Abdel Ati arasında müzakirə olunub. Misirin xarici işlər naziri müharibənin dayandırılmasına kömək etmək məqsədilə diplomatik imkanlardan istifadə etmək üçün səylərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Yeri gəlmişkən, ABŞ və İsrailin hücumları nəticəsində İranda 30-dan çox universitet hədəf alınıb, 60 tələbə ölüb.
