Pleyeri seçin:
Hava vasitələri vuruldu | Trampın açıqlamasına cavab gecikmədi - Baku TV
"ABŞ-nin İranda vurulan "F-15" qırıcı təyyarəsinin pilotunun xilaetmə əməliyyatı uğursuz olub".
Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahına istinadən "Fars" Xəbər Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İslam İnqilabı Keşikçiləri Korpusu və İran Ordusu ABŞ-nin xilasetmə əməliyyatlarına mane olub.
"Aprelin 3-də İranın yeni hava hücumundan müdafiə sistemi qarşı tərəfin İsfahanın cənubundakı hava vasitələri, o cümlədən iki "Black Hawk" helikopteri və bir "C130" hərbi nəqliyyat təyyarəsi hədəfə alınaraq vurulub", – deyə bəyanatda vurğulanıb.
Maraq üçün bildirək ki, ABŞ Prezidenti Donald Tramp İranda vurulan "F-15" qırıcı təyyarəsinin ekipaj üzvlərinin xilas edildiyini bəyan edib.
Kopyalandı
#ABŞ-İran müharibəsi teqi istifadə olunub
- İranla bağlı peyk görüntüləri gizlədilir | ABŞ-nin tələbləri yerinə yetirildi - Baku TV
- "Black Hawk" helikopterləri İran tayfaları tərəfindən vuruldu
- ABŞ XTQ-si xüsusi əməliyyat keçirib
- SEPAH ABŞ helikopterlərini vuranlara təşəkkür etdi - Baku TV
- SEPAH ABŞ helikopterlərini vuranlara təşəkkür etdi - Baku TV CANLI
