İranda etirazlar pik həddə çatdı | Dəhşətə gətirən görüntülər - Baku TV
İranda etirazların yeni dalğası başlayıb. Yanvarın 9-u səhər saatlarında minlərlə insan paytaxt Tehranın küçələrinə axışıb.
Etirazlar fonunda bir çox aparıcı xəbər agentliklərinin saytları işləmir. Ölkədə artıq saatlardır ki, internet bağlantısı yoxdur.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, Yəzddə etirazçılar bələdiyyə binasını, Tehranda isə inzibati binalardan birini yandırıblar.
Bildirilib ki, Tehranın Firdovsi bulvarında polis maşınları yandırılıb. Yanvarın 8-də etirazçılar və polis arasında toqquşmalar baş verib. Etirazçılara atəş açan İran İnqilab Keşikçiləri Korpusunun zabiti döyülüb və nəticədə vəfat edib.
Xatırladaq ki, İranda iqtisadi qeyri-sabitlik, o cümlədən pis idarəetmə və Qərb sanksiyaları nəticəsində inflyasiyanın kəskin artması, siyasi və sosial azadlıqların məhdudlaşdırılması ilə bağlı dərinləşən narahatlıqlar fonunda iğtişaşlar başlayıb.
İran hakimiyyəti hökumətin valyuta məzənnəsinin kəskin düşməsi və sürətlə artan qiymətlərlə bağlı iğtişaşlara ikili yanaşma nümayiş etdirməyə çalışıb. Bu iğtişaşlar nümayişçilərlə İran təhlükəsizlik qüvvələri arasında şiddətli toqquşmalara səbəb olub.
#İran teqi istifadə olunub
- İranın 185 şəhərində etiraz aksiyaları keçirilir - Baku TV
- Vaşinqton Tehrana zərbələr endirəcək? - Baku TV CANLI
- Pezeşkian iğtişaşların yatırılacağına əmindir | ”ABŞ kömək etməyə hazırdır” - Baku TV
- Məşhəddə 15 avtobus yandırılıb | Təhlükəsizlik qüvvələrinin 7 əməkdaşı həlak oldu - Baku TV
- Etirazçılara atəş açıldığı bildirilir, ölənlərin sayı artır - Baku TV CANLI
