Pleyeri seçin:

İrandakı müharibə Aİ-nin Rusiya ilə bağlı planlarını iflic edib

16 mart 2026 407 baxış

İranda baş verən müharibə Avropa İttifaqının Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etmək planlarını müvəqqəti olaraq iflic edib və yaxın vaxtlarda bu qərarın təsdiqlənməsi üçün Brüsselin şansı, demək olar ki, yoxdur. 

Bu barədə TASS Brüsseldəki diplomatik mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, 20-ci sanksiya paketinin əsas müddəalarından biri Avropa şirkətlərinə Rusiya neftinin dəniz yolu ilə daşınması ilə məşğul olmağı və ya bu daşımalar üçün hər hansı xidmət göstərməyi, o cümlədən sığorta xidmətlərini tam qadağan etmək idi.

Diplomat bildirib ki, İrandakı müharibə nəticəsində neft qiymətlərinin kəskin artması və Hörmüz boğazının bloklanması bu paketin qəbuluna yönələn cəhdləri iflic edib.

Onun sözlərinə görə, bu səbəbdən martın 16-da Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Nazirləri Şurasının iclasının gündəliyinə 20-ci sanksiya paketinin təsdiqi məsələsi daxil edilməyib.

Diplomat xatırladıb ki, Aİ Rusiya neftinin daşınmasına tam qadağanı “Yeddilər qrupu” (G7) ölkələri ilə razılaşdırmaq niyyətində idi və bu qərar Rusiya nefti üçün tətbiq edilən qiymət tavanı mexanizmini əvəz etməli idi.

Mənbə qeyd edib ki, neft qiymətlərinin artması və münaqişənin nə vaxt bitəcəyi ilə bağlı qeyri-müəyyənlik bu mexanizmin faktiki olaraq iflasa uğramasına gətirib çıxarıb. O əlavə edib ki, ABŞ-nin Rusiyaya qarşı neft sanksiyalarını yumşaltmaq qərarı da bunu təsdiqləyir.

Bununla yanaşı, diplomat bildirib ki, Fransa, Belçika, Niderland və Baltikyanı ölkələr də daxil olmaqla bir sıra Avropa dövlətləri Rusiya nefti ticarətinə təzyiqi başqa üsullarla davam etdirməyi planlaşdırır. Onun sözlərinə görə, bu ölkələr Brüsselin “kölgə donanması” kimi qara siyahıya saldığı xarici bayraq altında üzən tankerələrin saxlanılması kimi addımlara əl ata bilər.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 407 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 407 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 407 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 407 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 407 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 407 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 407 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 407 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 407 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 407 baxış
Seçilmişlər
icon