İrandakı partlayışlar dağıntılara səbəb oldu - Baku TV
Bu gün İranın iki şəhərində partlayışlar baş verib, ölən və yaralananlar var.
Bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, İranın qərbində yerləşən Əhvaz şəhərində baş verən partlayış nəticəsində dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb.
Qeyd olunur ki, xilasedicilər dağıntılar altından sağ qalan azyaşlını çıxara biliblər.
Eyni gündə Bəndər-Abbas liman şəhərində də oxşar hadisə olub. Səkkizmərtəbəli yaşayış binasında baş verən partlayışda bir nəfər ölüb, daha 14 nəfər xəsarət alıb.
Həmçinin binanın iki mərtəbəsinə ciddi zərər dəyib, bir neçə nəqliyyat vasitəsi və mağazalar dağılıb.
Yayılan xəbərlərin sırasında İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsiriyə qarşı sui-qəsd edilməsi də yer alıb. SEPAH bəyanat yayaraq məlumatı təkzib edib.
Daha bir partlayışın Təbrizdə olması xəbəri də öz təsdiqini tapmayıb.
Bu barədə IRNA Şərqi Azərbaycan Valiliyinin Böhran İdarəsinə istinadən məlumat yayıb.
“Aparılan araşdırmalar göstərir ki, bu xəbərlər doğru deyil”, – deyə məlumatda qeyd edilib.
Bu arada İsrail İranda baş verən partlayışlarda iştirak etmədiyini bəyan edib.
Bu barədə iki İsrail rəsmisi “Reuters“ agentliyinə açıqlama verib.
#İran teqi istifadə olunub
- İranla müharibə ABŞ-yə neçəyə başa gəlib? - Heyrətə gətirən detallar üzə çıxdı - Baku TV
- Tehran Trampdan hədələrə görə üzr gözləyir
- “Görünür, dörd tərəf də danışıqlardan razıdır” | Barak Ravid
- Cenevrədə böhran: İran Trampın təhdidlərinə görə danışıqları dayandırdı? - AKTUAL GÜNDƏM
- İran danışıqlar masasını niyə tərk etdi? - Yaxın Şərqdə müəmmalı vəziyyət | Baku TV CANLI
