İrandan ermənilərə dəstək | 44 günlük müharibə Cənubi Qafqazı necə dəyişdirdi?
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan xalqı Əli Xameneiyə dəstəyinə görə minnətdardır".
Bunu Ermənistan parlamentinin üzvü Lillet Qalestian İRNA-ya müsahibəsində deyib.
"Cəsarətlə deyə bilərəm ki, İran rəhbərinin erməni xalqının təhlükəsizliyi və sərhədlərin dəyişməzliyi ilə bağlı verdiyi bəyanatlar mənəvi baxımdan erməni xalqı üçün çox əhəmiyyətlidir. İran və Ermənistan arasındakı münasibətlər iki qonşu ölkə arasında çoxillik mədəni, siyasi və tarixi bağlılıq ilə yanaşı, iki xalqın mənəvi və düşüncə ortaqlığı əsasındadır.
Unutmayaq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Cənubi Qafqazda qüvvələr balansı pozulub. Son 2-3 ildə bir çox dövlət Ermənistanın suverenliyi və ərazi bütövlüyündən danışsa da, erməni xalqının fikrincə, İran İslam Respublikasının lideri dəfələrlə xalqın təhlükəsizliyini və sərhədlərin dəyişməzliyini bəyan edib ki, bu da mənəvi baxımdan Ermənistan xalqı üçün daha vacib olub”, – L.Qalestyan bildirib.
Ermənistan parlamentinin üzvü həmçinin keçirilən rəy sorğusunda İranın ABŞ və Fransa ilə birgə ermənilərin dostları sırasında olduğunu xatırladıb.
#İran teqi istifadə olunub
- İran TRIPP-ə qarşı çıxdı, Moskva bu mübarizədə hansı mövqeyi tutacaq? - AKTUAL GÜNDƏM
- Neft və qazla zəngin İranda elektrik enerjisi niyə çatışmır? - Baku TV CANLI
- Neft və qazla zəngin İran niyə qaranlığa qərq olur? | Enerji böhranının görünməyən tərəfi - Baku TV
- İstehsala təzyiq, artan narazılıq və elektrik problemi | İranı daha nə gözləyir? - Baku TV CANLI
- Pezeşkian hökumətdə parçalanma iddialarına cavab verdi - Baku TV CANLI
