İranın taleyi necə olacaq? | Vaşinqtonun yeni Tehran planı - Baku TV
ABŞ İrana hücum çərçivəsində ayrı-ayrı şəxslərin məhvi imkanlarını nəzərdən keçirir.
Bu barədə "Reuters" agentliyi amerikalı rəsmilər arasındakı mənbələrə istinadən məlumat yayıb.
Agentlik iddia edib ki, variantlar arasında, xüsusən də ayrı-ayrı şəxslərə zərbələr endirilməsi və hətta ABŞ lideri Donald Tramp tərəfindən əmr veriləcəyi təqdirdə, Tehranda rejimin dəyişdirilməsi cəhdi nəzərdən keçirilir.
Agentliyin həmsöhbətləri konkret olaraq hansı şəxslərin hədəf ola biləcəyini və ABŞ hərbçilərinin böyük quru qoşunlarını cəlb etmədən rejimi necə dəyişməyə çalışacaqlarını açıqlamayıblar.
Materialda qeyd olunub ki, mümkün hücumun planlaşdırılması hazırda irəli mərhələdədir.
"Əsas diqqət böyük quru qoşunlarını bölgəyə cəlb etmədən, hava zərbələri, kiberhücumlar və daxili müxalifətin dəstəklənməsi vasitəsilə rejimi zəiflətməyə və ya devirməyə yönəlib. Hədəf siyahısında konkret hansı adların olduğu gizli saxlanılsa da, kəşfiyyatın İranın nüvə və raket proqramına rəhbərlik edən şəxsləri, həmçinin SEPAH-ın komandanlığını yaxından izlədiyi vurğulanır", – deyə məlumatda qeyd olunub.
