Pleyeri seçin:

İraqdakı polis qüvvələri bombalandı | ABŞ-dən İrana xəbərdarlıq

25 yanvar 2024 382 baxış

ABŞ İranın Yaxın Şərqdə baş qaldıran silahlı qruplaşmaları maliyyələşdirdiyini iddia edir.

ABŞ-nin müdafiə naziri Lloyd Ostin növbəti dəfə İranı həm hədələyib, həm də xəbərdar edib. O bildirib ki, İraqda İranın dəstəklədiyi polis qüvvələrinin istifadə etdiyi üç obyektə aviazərbələr endirilib.

Nazir əlavə edib ki, regionda vəziyyətin qəlizləşdirilməsinə can atan istənilən qüvvələr bundan sonra da məhv ediləcək, İrana məxsus aviabazalardan hücumlar həyata keçirilərsə, onlar da hədəf alınacaq.

Nazirin sözlərinə görə, Amerika hərbçiləri yanvarın 23-də “Kətaib Hizbullah” adlı polis qüvvələrini və İranla əlaqəli digər hərbi birləşmələri hədəf alıb. Qeyd edilib ki, zərbələr İraq və Suriyada ABŞ və koalisiya müttəfiqlərinə edilmiş hücumlara “birbaşa cavabdır”.

Bu aviazərbələrə İraq hakimiyyətinin reaksiyası isə fərqli olub. Rəsmi Bağdad bildirib ki, bu, İraqın suverenliyinin kobud şəkildə pozulmasıdır.

İraqın Milli Təhlükəsizlik müşaviri Qassem əl-Aaraci isə öz açıqlamasında Ağ Evi qınayıb:

“ABŞ İraq milli qurumunun bazalarını hədəfə almaq və bombalamaqdansa, Qəzzada İsrailin hücumunu dayandırmaq üçün təzyiqləri artırmalıdır”.

Qeyd edək ki, ABŞ-nin İran polisi deyə adlandırdığı İraqdakı silahlılar rəsmi Tehranın dəstəklədiyi keçmiş yarımhərbi qruplardır. Hazırda isə onlar nizami silahlı qüvvələrə inteqrasiya olunmuş Haşd əş-Şaabi (Xalq Səfərbərlik Qüvvələri) ittifaqı adlandırılır.

Banner
Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu

Dünya
01 noyabr 2026 382 baxış
Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti

Dünya
01 noyabr 2026 382 baxış
Ankara hərəkətə keçdi

Ankara hərəkətə keçdi

Dünya
01 noyabr 2026 382 baxış
Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Rusiyanın böyük neft emalı zavodu hücuma məruz qaldı

Dünya
01 noyabr 2026 382 baxış
Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Təkcə enerji sahəsində yaranmış zərər 100 milyard avroya çatıb?

Dünya
01 noyabr 2026 382 baxış
Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır

Dünya
01 noyabr 2026 382 baxış
Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV

Dünya
01 noyabr 2026 382 baxış
Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Tehran Londonun kəşfiyyat və hərbi strukturlarına qarşı cavab addımı atıb

Dünya
01 noyabr 2026 382 baxış
Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Kiyev və Moskva liderlərinin mümkün görüşü üçün hazırlıqlar gedir? - Baku TV CANLI

Dünya
01 noyabr 2026 382 baxış
Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Rusiya yenidən kütləvi pilotsuz uçuş aparatı hücumunun hədəfinə çevrilib - Baku TV CANLI

Dünya
01 noyabr 2026 382 baxış
Seçilmişlər
icon