Pleyeri seçin:

İrəvan çətin seçim qarşısında | Nikol ölkəsini bu uçuruma aparacaq, yoxsa...?

10 yanvar 2025 334 baxış

“Ermənistanın Avropa İttifaqına daxil olması ölkənin Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bir araya sığmır”.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

“Aİİ və Aİ bir araya sığmır. Hər iki ittifaq gömrük sərhədlərinin olmamasını və malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutur”, – o bildirib.

A.Overçukun sözlərinə görə, bu iki birliyin nə vaxtsa yaxınlaşacağını təsəvvür etmək mümkün deyil:

“Ona görə də Ermənistanda hazırda müzakirəsi gedən “Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında” qanun layihəsi bu ölkəni seçim qarşısında qoyur”.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanda Aİİ ilə münasibətlər məhdudlaşdırılarsa, bir tərəfdən enerji və ərzaq qiymətləri qalxacaq, digər tərəfdən isə yerli malların ixracı 70-80% azalacaq.

“Beləliklə, sadə insanlar öz gəlirlərini, iş yerlərini itirəcək, tələbat mallarına daha çox pul ödəyəcəklər. Bunun müqabilində Ermənistan əhalinin azalması ilə üzləşəcək. İndi getdikcə aydınlaşır ki, Aİİ-yə üzvlük imtiyazdır”, – Aİ-yə üzvlüyü “Titanik” gəmisinə bilet almaqla müqayisə edən A.Overçuk vurğulayıb.

Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə daxil olması haqqında qanun layihəsini təsdiqləyib. Qanunun qəbulu bu prosesə start verəcək. Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib ki, Aİ-yə daxil olmaq qərarı ümumxalq səsverməsi yolu ilə qəbul edilməlidir.

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

NATO sərhədində kritik hadisə: kəşfiyyat dronu tapıldı - Baku TV CANLI

Dünya
10 may 2026 334 baxış
Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Moskvanın dəniz dronu layihəsi niyə uğursuz oldu?

Dünya
10 may 2026 334 baxış
İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

İran yeni müharibə ssenarisini işə salır | Bölgədə gərginlik artır - Baku TV CANLI

Dünya
10 may 2026 334 baxış
Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı

Dünya
10 may 2026 334 baxış
Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Qəzzada öldürülən fələstinlilərin sayı 72 736 nəfərə çatıb

Dünya
10 may 2026 334 baxış
ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

ABŞ-Yaponiya əlaqələri Nyu-York şəhərində xüsusi coşqu ilə qeyd edilib

Dünya
10 may 2026 334 baxış
Bu su hövzəsinin rəngi niyə belədir?

Bu su hövzəsinin rəngi niyə belədir?

Dünya
10 may 2026 334 baxış
Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Vladimir Putin: "Faydalı "boşanma" yolu ilə gedəcəyik"

Dünya
10 may 2026 334 baxış
İspaniyadakı gül festivalından görüntülər

İspaniyadakı gül festivalından görüntülər

Dünya
10 may 2026 334 baxış
İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

İsraildə Netanyahu hökumətinə qarşı mitinq keçirilib

Dünya
10 may 2026 334 baxış
Seçilmişlər
icon