Almaniya vətəndaşları arasında sorğu keçirildi
Almaniya vətəndaşları arasında keçirilən sorğuda iştirak edənlərin təxminən 83 faizi Fridrix Mertsin Kansler vəzifəsində 1 il ərzindəki fəaliyyətindən narazıdır.
Bunu əhali arasında aparılan sorğunun nəticələri göstərir.
Nəticələrə əsasən, Almaniya hökumət başçısının işindən respondentlərin yalnız 16%-i razıdır, bu da aprel ayı ilə müqayisədə 5 faiz bəndi azdır. Hazırkı Kansler üçün bu araşdırma çərçivəsində indiyədək qeydə alınmış ən pis göstəricidir.
Bundan əlavə, əhali Kanslerin kommunikasiyasını kritik qiymətləndirir. Almaniya sakinlərinin yalnız 14%-i onun ünsiyyət tərzini inandırıcı hesab edir, bu da 2025-ci ilin avqust ayı ilə müqayisədə 20 faiz bəndi aşağıdır. Digər tərəfdən, 82%-i bununla razılaşmır.
Sorğu 4-6 may tarixlərində keçirilib, 1303 nəfər iştirak edib.
#Fridrix Merts teqi istifadə olunub
