Rusiya ardıcıl zərbələrlə dəhşət saçdı | Ukrayna vilayətlərində gərginlik pik həddə - Baku TV
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson, Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə hücum edib, nəticədə 1 nəfər ölüb, daha 74 nəfər yaralanıb.
Bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri məlumat veriblər.
Xerson Vilayət Hərbi Administrasiyasından bildirilib ki, ötən sutka ərzində regionda zərbələr nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Həmçinin mülki infrastruktur ciddi şəkildə dağılıb. Dneprə hücumlar nəticəsində isə xəsarət alanların sayı 19-a çatıb, 4 nəfər həlak olub.
Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiyanın zərbələri nəticəsində 2 nəfər xəsarət alıb, yaşayış evlərinə ziyan dəyib.
Zaporojyeyə edilən hücumdan sonra ölənlərin sayı 12 nəfərə çatıb, 37 nəfər yaralanıb.
#Hava hücumu teqi istifadə olunub
