Pleyeri seçin:

Kiyevin yeni zərbə strategiyası Rusiyanı çətin vəziyyətə saldı - Baku TV

03 may 2026 15 baxış

Ukrayna Rusiyanın Leninqrad vilayətinə gecə saatlarında kütləvi PUA hücumu həyata keçirib.

Bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin kütləvi hücumu dəf edilib, 60-a yaxın dron vurulub. Qubernator əsas hədəfin Primorsk dəniz ticarət limanı olduğunu söyləyib.

Qeyd edib ki, PUA hücumu nəticəsində limanda yanğın baş verib. Lakin neft sızıntısı qeydə alınmayıb.

Ukrayna Müdafiə Qüvvələrinin Rusiyaya qarşı zərbə strategiyası üç əsas elementdən ibarətdir. Bu yanaşma qarşı tərəfin neft emalı sənayesinə sistemli təsir göstərməyə imkan verir.

Ukraynalı hərbi ekspert Aleksandr Musienkonun sözlərinə görə, zərbələr neftin ixracı, emalı və nəqli ilə bağlı obyektlərə endirilir.

Ukrayna strategiyasının elementlərindən biri də “Markiz” adlı Rusiyanın “kölgə donanması”na aid gəminin vurulmasıdır. Həmin gəmi məhz neft məhsullarının yüklənməsini gözləyirdi. İkinci element demək olar ki, məhv edilmiş neft emalı zavodu və terminaldır. Üçüncü element isə neftin ixracı və emalı üçün daşınmasını təmin edən neft nasos stansiyasıdır.

Hərbi ekspertin fikrincə, bunlar bir zəncirin halqalarıdır.

O əlavə edib ki, faktiki olaraq Rusiyanın ixrac imkanlarına və ordunun neft məhsulları ilə təminatına təsir edən üç ən vacib element mövcuddur. Bu strategiya həm neft ixracı, həm də ordunun təminatı baxımından onların imkanlarını minimuma endirir.

İsrail "Hizbullah"a qarşı hərbi əməliyyata başlayır - Baku TV

İsrail "Hizbullah"a qarşı hərbi əməliyyata başlayır - Baku TV

Dünya
03 may 2026 15 baxış
Tehran neft hasilatını azaldıb?

Tehran neft hasilatını azaldıb?

Dünya
03 may 2026 15 baxış
Hücum nəticəsində azı 6 nəfər xəsarət alıb

Hücum nəticəsində azı 6 nəfər xəsarət alıb

Dünya
03 may 2026 15 baxış
Uşaq qidasına siçan zəhəri qatan şəxs saxlanıldı - Baku TV

Uşaq qidasına siçan zəhəri qatan şəxs saxlanıldı - Baku TV

Dünya
03 may 2026 15 baxış
Çin İsveç istehsalçılarının vəziyyətini çətinləşdirir

Çin İsveç istehsalçılarının vəziyyətini çətinləşdirir

Dünya
03 may 2026 15 baxış
İsrail Qəzzada hərbi əməliyyatları bərpa edir?

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edir?

Dünya
03 may 2026 15 baxış
Cənubi Koreyada qəribə yarış

Cənubi Koreyada qəribə yarış

Dünya
03 may 2026 15 baxış
Ukrayna şəhərləri yenidən Rusiyanın hədəfində

Ukrayna şəhərləri yenidən Rusiyanın hədəfində

Dünya
03 may 2026 15 baxış
İran ABŞ-dən rəsmi cavab gözləyir?

İran ABŞ-dən rəsmi cavab gözləyir?

Dünya
03 may 2026 15 baxış
Tramp Konqresi kənarlaşdırıb regionda hərbi nəzarəti əlində saxlayır

Tramp Konqresi kənarlaşdırıb regionda hərbi nəzarəti əlində saxlayır

Dünya
03 may 2026 15 baxış
Seçilmişlər
icon