Pleyeri seçin:

Qara Dəniz bölgəsində Rusiya və Ukrayna arasında hücumlar gücləndi - Baku TV

27 may 2026 62 baxış

Rusiya Ordusu Ukraynanın Odessa vilayətinə dronla hücum edib.

Bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Oleq Kiper "Telegram"da bildirib.

Onun sözlərinə görə, beş nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Ukrayna Silahlı Qüvvələri isə Sevastopolda yerləşən Rusiyanın Qara Dəniz Donanmasının Hərbi Hava Qüvvələrinin qərargahına zərbə endirib. Obyekt demək olar ki, tamamilə yanıb. Rusiya tərəfi faktı təsdiqləyib.

Qeyd edək ki, bura əsas idarəetmə mərkəzi kimi istifadə olunurdu.

Bu arada, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa və ABŞ Konqresinə ölkədə hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı barədə məktub göndərib. Bu barədə Prezidentin kommunikasiya məsələləri üzrə müşaviri Dmitri Litvin məlumat verib.

O həmçinin "The Economist" nəşrinin Zelenskinin guya daha 2-3 illik müharibəyə hazırlıq əmri verməsi barədə xəbərinə münasibət bildirib və bunu bunu "fake news" adlandırıb.

"Bu, saxta xəbərdir. Fraksiya ilə görüşdə Prezident noyabr ayına qədər olan dövrə diqqət yetirməli olduğumuzu söylədi, bizim bu müddətimiz var", – deyə Litvin vurğulayıb.

Ekspertlərin fikrincə, sülh danışıqları yayda başlaya bilər, amma ən böyük ehtimal budur ki, müharibə tərəflərdən biri təslim olana qədər davam edəcək.

Merilin Monro 100 illik yubileyində yad ediləcək

Merilin Monro 100 illik yubileyində yad ediləcək

Dünya
30 may 2026 62 baxış
İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb: Bəqai - Baku TV

İran və ABŞ arasında yekun razılıq əldə olunmayıb: Bəqai - Baku TV

Dünya
30 may 2026 62 baxış
Tehran qarşısında ağır seçim: Nüvə proqramı, yoxsa hərbi toqquşma? - Baku TV

Tehran qarşısında ağır seçim: Nüvə proqramı, yoxsa hərbi toqquşma? - Baku TV

Dünya
30 may 2026 62 baxış
Ukrayna lideri Rusiyanın genişmiqyaslı hücum planını xəbərdar etdi - Baku TV

Ukrayna lideri Rusiyanın genişmiqyaslı hücum planını xəbərdar etdi - Baku TV

Dünya
30 may 2026 62 baxış
Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı keçirilib - Baku TV

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı keçirilib - Baku TV

Dünya
30 may 2026 62 baxış
Putin Ermənistanın Aİİ-ni tərk etməsinin mümkün nəticələrini açıqladı - Baku TV

Putin Ermənistanın Aİİ-ni tərk etməsinin mümkün nəticələrini açıqladı - Baku TV

Dünya
30 may 2026 62 baxış
MDB-nin baş katibi Paşinyana Avropa ilə bağlı sərt mesaj verdi - 24 SAAT

MDB-nin baş katibi Paşinyana Avropa ilə bağlı sərt mesaj verdi - 24 SAAT

Dünya
30 may 2026 62 baxış
Tramp İran üzrə tələblərini elan etdi | Son qərar gözlənilir - Baku TV

Tramp İran üzrə tələblərini elan etdi | Son qərar gözlənilir - Baku TV

Dünya
30 may 2026 62 baxış
Rusiyanın NATO sərhədinə yaxın hücumları Avropada ciddi narahatlıq yaratdı - Baku TV

Rusiyanın NATO sərhədinə yaxın hücumları Avropada ciddi narahatlıq yaratdı - Baku TV

Dünya
29 may 2026 62 baxış
Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batıb

Türkiyədə 110 nəfəri daşıyan tur gəmisi batıb

Dünya
29 may 2026 62 baxış
Seçilmişlər
icon