Rusiyanın aviazərbələri nəticəsində 14 nəfər ölüb
Rusiya Ukraynanın Zaporojye vilayətinə aviazərbələr endirib. Nəticədə, ölənlərin sayı 9 nəfərə çatıb, 2 sakin yaralanıb.
Ölkənin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, dərhal bölgəyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib, bütün zəruri tədbirlər görülüb. 6-sı uşaq olmaqla 38 nəfərə lazımi kömək göstərilib.
Rusiya Ukraynanın Kramatorsk şəhərini də bombalayıb. Hücum zamanı 5 nəfər həlak olub.
Bu barədə ölkə Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində bildirib.
"Donetsk vilayətinin Kramatorsk şəhərində Rusiyanın aviabombalarla zərbə endirdiyi ərazidə xilasetmə əməliyyatı davam edir. Zərbə birbaşa şəhərin mərkəzinə, insanlara endirilib. Hazırda azı 5 nəfərin yaralandığı və 5 nəfərin həlak olduğu məlumdur. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Təəssüf ki, qurbanların sayı arta bilər", – deyə paylaşımda vurğulanıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Marqarita Simonyan Zelenskinin səfərinə görə Paşinyanı "nankor" adlandırdı
- "Mayın 5-dən 6-na keçən gecə sükut rejimi elan edirik" | Ukrayna Prezidenti
- Zelenskidən İrəvan sammitində diqqətçəkən açıqlama - Baku TV
- Avropa Liderləri İrəvanda toplaşdı | Görüşdə nələr müzakirə olundu? - Baku TV
- Zelenskidən İrəvan sammitində diqqətçəkən açıqlama - ANA XƏBƏR
