Pleyeri seçin:
Almanların 70 faizi Mertsdən narazıdır
Almaniya əhalisinin 70%-dən çoxu Kansler Fridrix Mertsin işindən narazıdır, 75%-dən çoxu isə ölkə hökumətinin fəaliyyətindən məmnun deyil.
Bunu "Bild" nəşrinin sifarişi ilə keçirilən sorğunun nəticələri göstərir.
Araşdırmaya görə, respondentlərin yalnız 19%-i Mertsin işindən razıdır, 71%-i isə narazılığını bildirib.
Sorğuda iştirak edənlərin 76%-i Almaniyanın hazırkı hökumətindən narazı olduğunu bildirib və bu, rekord göstərici olub. Yalnız 16% hökumətin işini qənaətbəxş hesab edir.
"Almaniya Kanslerinin və hökumətinin bəyənilmə səviyyəsi yeni minimuma çatıb. Hətta Olaf Şolts və "İşıqfor" koalisiyasının bir illik fəaliyyətindən sonra göstəriciləri xeyli yaxşı idi", – deyə sorğu şirkətinin rəhbəri bildirib.
Kopyalandı
#Almaniya teqi istifadə olunub
- Bu qərar yeni qarşıdurmanın başlanğıcı ola bilər | Aleksandar Vuçiç - Baku TV
- Almaniyada 1 May – Beynəlxalq Əmək Günü ilə bağlı keçirilən nümayişdən görüntülər
- Almaniyada 450 milyon avro icbari tibbi sığortaya yönləndiriləcək
- Almaniyada qozbel balina ölümdən xilas edildi
- Almaniya Pəhləvi ilə görüşü qəbul etmədi
