Pleyeri seçin:

Xameneinin müşaviri ABŞ-ni sərt tənqid etdi | SEPAH ABŞ-yə ultimatum verdi - Baku TV

04 may 2026 430 baxış

İranın ali rəhbəri Xameneinin hərbi müşaviri Möhsün Rzayi ABŞ-ni sərt tənqid edərək, Tehranın Amerika hərbi qüvvələrinə qarşı ciddi cavab verə biləcəyini bildirib.

Bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.

Rzayi ABŞ-ni dünyada aviadaşıyıcıları olan yeganə pirat adlandıraraq qeyd edib ki, İranın quldurlarla mübarizə qabiliyyəti onun hərbi gəmiləri batırmaq imkanları ilə eyni səviyyədədir.

“ABŞ dünyada aviadaşıyıcıları olan yeganə piratdır. Bizim piratlarla mübarizə imkanlarımız döyüş gəmilərini batırmaq qabiliyyətimizdən geri qalmır. Gəmilərinizin və qüvvələrinizin qəbiristanlığa çevriləcəyinə hazır olun”, – deyə o vurğulayıb.

SEPAH isə Vaşinqtonun çıxılmaz vəziyyətdə olduğunu iddia edib. Bildirilib ki, Tramp “qeyri-mümkün əməliyyat” ilə “pis razılaşma” arasında seçim etmək məcburiyyətində qalıb.

Açıqlamada mövcud vəziyyəti xarakterizə edən dörd əsas amil sadalanıb: İranın mühasirəyə qarşı Pentaqona verdiyi ultimatum, Çin, Rusiya və Avropanın Vaşinqtona qarşı ritorikasının dəyişməsi, Trampın Konqresə göndərdiyi və “passiv məzmunlu” kimi qiymətləndirilən məktub, həmçinin İranın irəli sürdüyü müzakirə şərtlərinin qəbul edilməsi.

SEPAH-ın bəyanatında qeyd olunur ki, bütün bu proseslər tək bir məna kəsb edir: “Tramp ya reallaşdırılması qeyri-mümkün olan hərbi əməliyyata başlamalı, ya da İranla “pis” hesab olunan razılaşmaya imza atmalıdır”.

Açıqlamanın sonunda ABŞ administrasiyasının qərarvermə imkanlarının ciddi şəkildə məhdudlaşdığı vurğulanıb.

Banner
Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Təyyarələrdən sonra Avropanın aparıcı media qurumlarına da bomba təhdidləri gəldi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 430 baxış
Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Tramp liderliyini şübhə altına alanlara cavab verdi - Baku TV CANLI

Dünya
06 noyabr 2026 430 baxış
Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Gərginlik artdı: İranın nüvə obyektləri vurulacaq? - ƏSAS XƏBƏR

Dünya
06 noyabr 2026 430 baxış
ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

ABŞ noyabrın 9-da İrana böyük hücuma başlaya bilər! - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 430 baxış
Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Moskva və Pekin Tehrana dəstəyi artırır: Qərbə qarşı yeni cəbhə açılır? - Baku TV

Dünya
06 noyabr 2026 430 baxış
Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Diqqətçəkən gedişat: Rusiya və Çin İrana gizli dəstək verəcək? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 430 baxış
İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

İran məsələsi Tramp üçün daxili siyasətdə gözlənilməz problemə çevrilə bilərmi? - Baku TV

Dünya
06 noyabr 2026 430 baxış
Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Yeni hərbi planın detalları | Rusiya İrana nə göndərir? - Baku TV CANLI

Dünya
06 noyabr 2026 430 baxış
Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Putinin Türk dünyasına marağının arxasında nə dayanır? - AKTUAL GÜNDƏM

Dünya
06 noyabr 2026 430 baxış
Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Zelenski çıxışında Kiyevin ABŞ-nin yeni siyasi qüvvələri ilə tez bir zamanda dialoq qurmalı olduğunu bildirib

Dünya
06 noyabr 2026 430 baxış
Seçilmişlər
icon