Pleyeri seçin:

Belə analiz xəstəliyin əlamətlərini daha tez aşkar edə bilir

04 may 2026

Vaterlu Universitetinin tədqiqatçıları M-zülal üzrə həssas qan analizi vasitəsilə mielomanın diaqnostikası və monitorinqi üçün yeni metod hazırlayıblar.

Bu üsul invaziv sümük iliyi biopsiyasından imtina etməyə imkan verir.

Yeni yanaşma qanda mielomanın biomarkeri hesab edilən M-zülalın aşkar edilməsinə əsaslanır. Bunun üçün qan nümunəsində həmin zülalın mövcudluğunu və konsentrasiyasını müəyyən etməyə imkan verən “EasyM” testi hazırlanıb.

Texnologiyanın əsas elementi sıfırdan zülal ardıcıllığının müəyyənləşdirilməsi üsulunun tətbiqi olub. Bu, zülalın amin turşusu ardıcıllığını bərpa etməyə imkan verən hesablama analizidir.

Alimlərin bildirdiyinə görə, hər bir pasiyentdə M-zülalın strukturu özünəməxsus olur. Bu isə onu qandakı digər zülallardan fərqləndirməyə və xəstəliyin fərdi göstəricisi kimi istifadə etməyə imkan verir.

Yanaşmanın digər üstünlüyü ondan ibarətdir ki, M-zülal qan dövranı vasitəsilə bütün orqanizm üzrə yayılır. Biopsiyadan fərqli olaraq, analizin nəticəsi nümunənin sümük iliyinin hansı hissəsindən götürülməsindən asılı olmur.

Tədqiqatçılar qeyd edirlər ki, belə analiz xəstəliyin residiv əlamətlərini ənənəvi üsullardan daha tez klinik təsdiqdən bir neçə ay əvvəl aşkar edə bilir. Bu, metodun yüksək həssaslığı və invaziv prosedurlarla müqayisədə testin daha tez-tez aparılmasının mümkünlüyü ilə bağlıdır.

Müəlliflər bildirirlər ki, metod artıq Kanadanın Ontario əyalətinin klinikalarında tətbiq edilmək üçün icazə alıb. Bununla yanaşı, onun daha geniş klinik şəraitdə effektivliyinin qiymətləndirilməsi üçün əlavə tədqiqatların zəruri olduğu vurğulanır.

Tramp 24 general və yüksəkrütbəli zabiti vəzifədən kənarlaşdırıb

Tramp 24 general və yüksəkrütbəli zabiti vəzifədən kənarlaşdırıb

Dünya
04 may 2026
İsrail Livanın cənubuna zərbələr endirdi

İsrail Livanın cənubuna zərbələr endirdi

Dünya
04 may 2026
Almanların 70 faizi Mertsdən narazıdır

Almanların 70 faizi Mertsdən narazıdır

Dünya
04 may 2026
ASB Zirvə toplantısı ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib

ASB Zirvə toplantısı ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya
04 may 2026
Venesuela həbsxanalarında saxlanılanlara dəstək nümayişi

Venesuela həbsxanalarında saxlanılanlara dəstək nümayişi

Dünya
04 may 2026
Psixoloqdan valideynlərə 3 vacib məsləhət

Psixoloqdan valideynlərə 3 vacib məsləhət

Dünya
04 may 2026
Ukrayna Rusiyanın "kölgə donanması"nı darmadağın etdi

Ukrayna Rusiyanın "kölgə donanması"nı darmadağın etdi

Dünya
04 may 2026
Afrika qitəsi iki hissəyə ayrılacaq

Afrika qitəsi iki hissəyə ayrılacaq

Dünya
04 may 2026
2050-ci ilədək atom enerjisi qurğularının gücü 2,6 dəfə artacaq

2050-ci ilədək atom enerjisi qurğularının gücü 2,6 dəfə artacaq

Dünya
04 may 2026
Xameneinin müşaviri ABŞ-ni sərt tənqid etdi | SEPAH ABŞ-yə ultimatum verdi - Baku TV

Xameneinin müşaviri ABŞ-ni sərt tənqid etdi | SEPAH ABŞ-yə ultimatum verdi - Baku TV

Dünya
04 may 2026
Seçilmişlər
icon