Pleyeri seçin:

İspaniyada miqrasiya məsələsi siyasi gərginliyi gücləndirib

03 sentyabr 2026 204 baxış

İspaniya polisinin ən böyük həmkarlar ittifaqı təşkilatı JUPOL qanunsuz miqrantlarla bağlı yaranan vəziyyətə görə ölkənin daxili işlər naziri Fernando Qrande-Marlaskanın, polis orqanının direktoru Fransisko Pardo Pikerasın və hökumətin Seuta muxtar şəhərindəki nümayəndəsinin vəzifədən getməsini tələb edib.

Bununla bağlı bəyanat həmkarlar ittifaqının "X" sosial şəbəkəsindəki hesabında dərc olunub.

Təşkilatdan bildirilib ki, immiqrasiya üzrə ixtisaslaşan bölmələr gözlənilən hadisə barədə rəhbərliyi əvvəlcədən xəbərdar etsələr də, Daxili İşlər Nazirliyi təhlükəsizliyin gücləndirilməsi istiqamətində heç bir addım atmayıb.

"Əvvəlcədən verilən məlumata baxmayaraq, polis əməkdaşları və minlərlə vətəndaş təhlükə ilə üz-üzə qalıb", – deyə sənəddə vurğulanır.

Həmçinin mediada milli polis rəhbərinin Mərakeş xüsusi xidmət orqanları ilə sıx əlaqələri barədə yayılan məlumatlar fonunda qurum rəhbərliyinə etimadsızlıq ifadə olunub.

"Siyasətçilər məsuliyyəti öz üzərinə götürməli və xəbərdarlıqlara rəğmən niyə polis əməkdaşlarının və Seuta sakinlərinin qorunması üçün lazımi tədbirləri görmədiklərini izah etməlidirlər", – deyə həmkarlar ittifaqının bəyanatında qeyd edilib.

İspaniya daxili işlər nazirinin istefasını İspaniyanın əsas müxalifət qüvvəsi olan Xalq Partiyası da tələb edib.

Banner
Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 204 baxış
Londondan müharibə xəbərdarlığı

Londondan müharibə xəbərdarlığı

Dünya
25 oktyabr 2026 204 baxış
Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr

Dünya
25 oktyabr 2026 204 baxış
Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Belqorodda yaşayış binaları və avtomobillər zərər gördü

Dünya
25 oktyabr 2026 204 baxış
Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Qütb buzlaqlarının əriməsi planetin ekvatorial qabarıqlığını azaldır

Dünya
25 oktyabr 2026 204 baxış
Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Avropa sülh masasından kənarda qalır? - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 204 baxış
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 204 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 204 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 204 baxış
İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

İspaniyada baş verən kütləvi iğtişaşlar ciddi gərginliyə səbəb olub - Baku TV CANLI

Dünya
25 oktyabr 2026 204 baxış
Seçilmişlər
icon