Dünya
Pleyeri seçin:

İsrail çətin vəziyyətdə | Netanyahunun bu hərəkəti sülhü gecikdirir

22 aprel 2024

“ABŞ ilə əməkdaşlıq olmasa, İsrail müharibəni uduzacaq”. Bu fikirlə ölkənin “Ynet” nəşri çıxış edib.

Yayılan məlumata görə, rəsmi Təl-Əviv 6 əsas cəbhənin hər birində çıxılmaz vəziyyətə düşüb. Sözügedən cəbhələri girovların azad edilməsi, Rəfah şəhərində əməliyyat, müharibədən sonra Qəzza zolağının idarə olunması məsələsi və şimalda müharibə, Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması və İran təhlükəsi kimi məqamlar əhatə edir.

Nəşrdə o da bildirilib ki, İsrail Ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyatı ABŞ ilə Təl-Əviv arasında razılıq əldə edilə bilmədiyi üçün ləngiyir.

“İsrail hökuməti ayaqlarını süründürür, bu səbəbdən Vaşinqtonla təmaslar dalana dirənib”, – deyə məqalədə qeyd olunub.

Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasına gəldikdə isə müəllif vurğulayıb ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin dövlətinin yaradılması ilə bağlı müzakirədən yayınması danışıqlar prosesini uzadır. Şimaldakı müharibə isə səngimək bilmir.

Nəşrdə qeyd edilib ki, İsrail və “Hizbullah” münaqişənin danışıqlar yolu ilə həllinə üstünlük verirlər, lakin Qəzza zolağında atəşkəs əldə olunmayana qədər bu mümkün deyil.

“Buna görə də İsrail Fələstin məsələsində sərt mövqeyindən uzaqlaşmalı və ABŞ-nin tələblərinə cavab verməlidir. Prezident administrasiyası ilə strateji əməkdaşlıq qurulmadan Təl-Əviv nəinki uzun müddət çıxılmaz vəziyyətdə qalacaq, həm də müharibəni uduzacaq”, – deyə məlumatda qeyd olunub.

Ərdoğan İsraillə ticarət əlaqələrinin kəsilməsindən danışdı

Ərdoğan İsraillə ticarət əlaqələrinin kəsilməsindən danışdı

Dünya
03 may 2024
Zaxarovadan Simonyana sərt cavab | Ümid edirəm ki, cavab verməyə cəsarətləri çatacaq

Zaxarovadan Simonyana sərt cavab | Ümid edirəm ki, cavab verməyə cəsarətləri çatacaq

Dünya
03 may 2024
Sergey Markovdan Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama

Sergey Markovdan Gürcüstanda baş verən hadisələrlə bağlı açıqlama

Dünya
03 may 2024
Ukraynadan Rusiya şəhərinə dron hücumu | Güclü yanğın başladı

Ukraynadan Rusiya şəhərinə dron hücumu | Güclü yanğın başladı

Dünya
03 may 2024
Amerikalı sabiq səfir nədə günahlandırılır? | Kobaxidzedən qalmaqallı paylaşım

Amerikalı sabiq səfir nədə günahlandırılır? | Kobaxidzedən qalmaqallı paylaşım

Dünya
03 may 2024
Rusiya sərhədində gərgin anlar | Tacikistan nota verdi

Rusiya sərhədində gərgin anlar | Tacikistan nota verdi

Dünya
03 may 2024
Rusiya Ordusu 4 ayda nə qədər ərazini ələ keçirdi? | Şoyqudan açıqlama

Rusiya Ordusu 4 ayda nə qədər ərazini ələ keçirdi? | Şoyqudan açıqlama

Dünya
03 may 2024
Moskvadakı silahlı hücumla bağlı yeni fakt ortaya çıxdı

Moskvadakı silahlı hücumla bağlı yeni fakt ortaya çıxdı

Dünya
03 may 2024
İranda çox sevilən Kim Kardaşyanla bağlı erməni aparıcısından açıqlama

İranda çox sevilən Kim Kardaşyanla bağlı erməni aparıcısından açıqlama

Dünya
03 may 2024
Rusiyaya qış qayıtdı | Güclü qar əraziləri zəbt etdi

Rusiyaya qış qayıtdı | Güclü qar əraziləri zəbt etdi

Dünya
03 may 2024
Seçilmişlər
icon