İsrail hücumları nəticəsində ölənlərin sayı 4310 nəfərə çatıb
Livan Prezidenti Cozef Aun "Hizbullah" hərəkatını İsraillə əldə olunmuş çərçivə sazişini pozmaq məqsədilə hökuməti devirməyə cəhd göstərməkdə ittiham edib.
Bu barədə Prezidentin ofisinin yaydığı açıqlamada bildirilib.
Cozef Aun "Hizbullah"ın küçə etirazlarına çağırışlarını pisləyərək, bu cür hərəkətlərin qanuni hakimiyyətə qarşı yönəldiyini vurğulayıb.
"Qanuni hakimiyyətə qarşı bu cür addımlar qəbuledilməzdir. Onlar Livan dövlətinin İsraillə çərçivə sazişini İran-ABŞ danışıqlarından ayırmaq qərarını qəbul etmədikləri üçün belə davranırlar. Həmin şəxslər Vaşinqtonda imzalanmış sənədin mahiyyətini qəsdən təhrif edir. Çərçivə sazişi İsrailin işğalını qanuniləşdirmir, əksinə, Livan Ordusunun ölkə ərazisində nəzarət imkanlarını genişləndirir", – deyə Prezident qeyd edib.
Bu arada, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri İsrail hücumlarında ölənlərin sayı 4310 nəfərə çatıb, 12 199 nəfər isə yaralanıb. Həmçinin atəşkəslə bağlı razılaşmaya baxmayaraq, İsrailin Livana hücumları davam edir.
#Livan Respublikası teqi istifadə olunub
- Netanyahu Livandakı qruplaşmanı nədə ittiham edir? - Baku TV
- Livan yenidən vuruldu | İsrailin zərbələri 11 can aldı - Baku TV CANLI
- İsrail Ordusu Livanı bombardman etdi | Həlak olanlar var - Baku TV
- Vaşinqton və Təl-Əvivin qərarından sonra danışıqlar necə davam edəcək? - Baku TV
- Yaxın Şərqdə ciddi diplomatik addım atıldı | Paris danışıqlar masasından silindi - Baku TV
