İsrail İrana hücum etdi | Tehranda partlayışlar baş verdi
İsrail Hərbi Hava Qüvvələri İran ərazisinə havadan zərbə endirib.
Bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
İsrailin nəyi hədəf aldığı hələlik bəlli deyil, lakin Tehranda partlayışlar olduğu bildirilir.
İran paytaxtında ən azı altı partlayış səsi eşidilib. “Mehr” agentliyi də məlumatı təsdiqləyib. Hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü bildirilib.
Bu arada, İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edib. “İsrail dövlətinin İrana qarşı qabaqlayıcı zərbəsindən sonra yaxın gələcəkdə ölkənin mülki əhalisinə raket və dron hücumu gözlənilir”, – deyə o vurğulayıb.
Əhaliyə göndərilən xəbərdarlığa əsasən bütün maarifləndirici tədbirlər ləğv edilib, mühüm sənaye sahələri istisna olmaqla, müəssisələrin işi dayandırılıb, kütləvi toplantılar qadağan edilib.
#İran teqi istifadə olunub
- Qətər nəzarət mexanizminin yaradılmasına kömək edəcək
- Ərdoğanla Pezeşkian ABŞ-İran razılaşmasını müzakirə edib - Baku TV
- Hörmüz boğazı ilə bağlı qərar | İran genişmiqyaslı yoxlamalara razılıq verəcək? - Baku TV
- Vaşinqton rəsmisindən açıqlama | ABŞ-İran arasında son vəziyyət - Baku TV
- İsveçrədə keçirilən kritik görüşdə gərginlik hələ də qalmaqdadır - 24 SAAT
