Pleyeri seçin:
İsrail-Livan gərginliyi pik həddə | “Hizbullah” yaraqlıları niyə qaçdı?
İsrail Livana etdiyi xəbərdarlıqlardan sonra dediyini etdi. SAXAL hərbçiləri Livana quru qoşunlarını məhdud sayda olsa da, yeritdi.
İsrail Ordusunun Mətbuat Xidmətindən bildirilib ki, quru əməliyyatının hədəfi “Hizbullah”ın hərbi obyektləridir.
“Quru hücumuna “Şimal oxları” əməliyyatı adı da əbəs yerə verilməyib. Belə ki, Livanla bərabər, İsrail, Qəzza və digər bölgələrdəki qarşıdurmalara paralel olaraq cavab veriləcək”, – deyə məlumatda bildirilib.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, “Hizbullah”la İsrail Ordusunun quru qoşunları arasındakı qarşıdurmada 95 nəfər, hava hücümları nəticəsində isə 105 nəfər həlak olub, 359 nəfər yaralanıb. Livan isə öz növbəsində İsrailin Safed şəhəri yaxınlığına bir neçə raket zərbəsi endirib.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb
- Pentaqondan əlavə qüvvələr, İsraildən əməliyyat hazırlığı | Yaxın Şərqdə gərginlik yenidən pik həddə
- Netanyahudan Tehranla bağlı açıqlama | Yaxın Şərqdə vəziyyət gərginləşir - Baku TV CANLI
- Katz İranın İsraildə seçkilərə təsir göstərmək üçün hücumlar təşkil edə biləcəyini bildirib
- 235 milyon dollarlıq raket müqaviləsi: Azərbaycan bu silahı niyə alacaq? - HƏRBİ XRONİKA
