Dünya
Pleyeri seçin:
İsrail Ordusu Qəzza və Livanı atəşə tutdu | Çoxlu sayda ölənlər var
İsrail Ordusu noyabrın 2-də Qəzza zolağının müxtəlif bölgələrini və Livanın cənubunu atəşə tutub.
Hadisə nəticəsində 120-dən çox fələstinli və livanlı həlak olub.
Bu barədə xarici media məlumat yayıb. Bildirilib ki, İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 55 nəfər ölüb, 192 nəfər yaralanıb. İsrailin Livana endirdiyi zərbələr zamanı isə 71 nəfər ölüb, 169 nəfər yaralanıb.
İsrail Ordusunun 7 oktyabr 2023-cü ildən həyata keçirdiyi əməliyyatlar nəticəsində Qəzza zolağında ölənlərin sayı 43 314 nəfərə çatıb, 102 019 nəfər yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayılıb.
Livan Səhiyyə Nazirliyi isə İsrail Ordusunun endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 2 968 nəfərə çatdığını açıqlayıb.
Kopyalandı
Seçilmişlər