İsrail Ordusunun briqadası pusquya düşdü | Müharibədə son vəziyyət
“Hizbullah” Livanın cənubunda İsrail Ordusunun Qolani briqadasına qarşı hücum təşkil etdiyini açıqlayıb.
Təşkilat Livana quru əməliyyatların başlandığı oktyabr ayından bu yana 110-dan çox İsrail hərbçisinin öldürüldüyünü, 1050 nəfərdən çox əsgərin isə yaralandığını iddia edib.
“Hizbullah”ın yaydığı açıqlamada İsrailə qarşı hücumların nəticəsi olaraq SEPAH-ın raket ehtiyatının azaldığı da vurğulanıb.
Təşkilat həmçinin İsrailin Hayfa şəhərinə aviazərbələr endirib. Bu hücuma cavab olaraq İsrail Silahlı Qüvvələri Livanın paytaxtı Beyrutu hədəf seçib. Nəticədə “Hizbullah” təşkilatının sözçüsü Məhəmməd Afif öldürüldü.
Xəbərdə həmçinin bildirilib ki, İsrail əsgərləri Livanın cənubundakı Aytarun, Marun ər-Ras və Aynata üçbucağında pusquya düşürüb. Rəsmi Təl-Əviv bu barədə yayılan iddialara dair hələ ki heç bir açıqlama verməyib.