İsrail və Livan arasında atəşkəs 45 gün uzadılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Livan və İsrail arasında 16 apreldə tətbiq edilən atəşkəs rejimi 45 gün uzadılacaq.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqott "X" sosial şəbəkəsində yazıb.
"ABŞ 14-15 may tarixlərində Livan və İsrail arasında iki günlük olduqca məhsuldar danışıqlara ev sahibliyi edib. 16 apreldə tətbiq edilən hərbi əməliyyatların dayandırılması gələcək irəliləyişi təmin etmək üçün 45 gün uzadılacaq. Dövlət Departamenti danışıqların siyasi xəttini 2 və 3 iyunda bərpa edəcək. Bundan əlavə, mayın 29-da Pentaqonda hər iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə təhlükəsizlik xətti işə salınacaq", – deyə o yazıb.
Dövlət Departamentinin nümayəndəsi bu müzakirələrin iki ölkə arasında möhkəm sülhün bərqərar olmasına, hər iki dövlətin suverenliyinin və ərazi bütövlüyünün tam tanınmasına, eləcə də onların ümumi sərhədi boyu əsl təhlükəsizliyin təmin edilməsinə kömək edəcəyinə ümidvar olduğunu bildirib.
#İsrail teqi istifadə olunub
- Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV
- Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı
- ABŞ İsrailə hərbi yardımı dayandırır?
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
- Baş nazir ilk danışığını İtamar Ben-Qvir ilə aparıb
