Pleyeri seçin:

İsrail XİN rəhbəri İrlandiyanın Baş nazirinə od püskürdü

26 noyabr 2023 534 baxış

Oktyabrın 7-də HƏMAS tərəfindən girov götürülən və noyabrın 25-də 4 günlük humanitar fasilə müddətində azadlığa buraxılanlar arasında İrlandiya vətəndaşı, 9 yaşlı Emili Həndin adının da olması İsrail və İrlandiya arasında siyasi gərginliyə səbəb olub.

Məlumata görə, HƏMAS-ın İsrailə hücumu zamanı 9 yaşlı Emilinin öldürüldüyü ehtimal edilsə də, sonradan qızcığazın qaçırılan təxminən 240 nəfərin arasında olduğu dəqiqləşdirilib.

İrlandiyanın Baş naziri Leo Varadkar isə Emilinin 50 gündən sonra sağ qayıtmasına “itmiş və tapılmış qız” deyərək reaksiya verib. O, bununla uşağın HƏMAS tərəfindən qaçırılmadığına, sadəcə belə bir görüntü yaradıldığına işarə edib.

Buna cavab olaraq İsrailin xarici işlər naziri Eli Kohen “X” sosial hesabında L.Varadkarın açıqlamasına sərt münasibət bildirib.

“Deyəsən, mənəvi kompasınızı itirmisiniz və reallığın yoxlanılmasına ehtiyacınız var. Emili Hənd itməmişdi. O, İŞİD-dən daha betər bir qruplaşma – HƏMAS tərəfindən qaçırılmışdı. Sizə ayıb olsun, siz terrorçuların əməllərini həm gizlətməyə, həm də onların bu addımlarına haqq qazandırmağa çalışaraq vəhşiliklərə qanuni don geyindirməyə səy göstərirsiniz”, – deyə E.Kohen öz paylaşımında qeyd edib.

İsrailli nazirin belə sərt reaksiya verməsinin əsas səbəbi odur ki, Emili və 30-dan çox israilli uşağın HƏMAS tərəfindən girov götürülməsi faktı İrlandiyanın Baş nazirinin çıxışlarında dilə gətirilmir.

Banner
İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

İranın intensiv diplomatiyası regionda gərginliyi azalda biləcəkmi? - Baku TV CANLI

Dünya
07 noyabr 2026 534 baxış
Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünyanın gözü növbəti 48 saatda: Genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər? - AKTUAL GÜNDƏM

Dünya
07 noyabr 2026 534 baxış
Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Tehran hərbi sənaye sahəsindəki nəticələri beynəlxalq bazara çıxarmağa çalışır - Baku TV CANLI

Dünya
07 noyabr 2026 534 baxış
Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb

Dünya
07 noyabr 2026 534 baxış
ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI

Dünya
07 noyabr 2026 534 baxış
ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

ABŞ Prezidenti fond bazarındakı kəskin ucuzlaşmanı aralıq seçkilərlə əlaqələndirib

Dünya
07 noyabr 2026 534 baxış
İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

İranın xarici işlər naziri 48 saatda 12 həmkarı ilə müzakirələr aparıb

Dünya
07 noyabr 2026 534 baxış
Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Danışıqlarda Ukrayna nümayəndə heyətinə Budanov rəhbərlik edəcək

Dünya
07 noyabr 2026 534 baxış
Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Müqəddəs torpaqlara yola düşməyə hazırlaşan imam dünyasını dəyişdi

Dünya
07 noyabr 2026 534 baxış
Vaşinqton və Tehran arasında buzlar əriyir?

Vaşinqton və Tehran arasında buzlar əriyir?

Dünya
07 noyabr 2026 534 baxış
Seçilmişlər
icon