Dünya
Pleyeri seçin:

İsraildən qalmaqal yaradacaq açıqlama | ABŞ silah tədarükünü dayandırıb?

19 iyun 2024

İsrailin Baş naziri Benyamin Netanyahu çıxışı zamanı növbəti dəfə ABŞ-ni günahlandırıb.

O, açıqlamasında Ağ Evin Təl-Əvivə silah vermədiyini iddia edib.

Hökumət rəhbəri hətta bu prosesin son bir neçə aydır ki, gecikdirildiyini də deyib:

“ABŞ-nin Dövlət katibi Entoni Blinken bu yaxınlarda İsraildə olarkən biz həmsöhbət olduq. Mən bildirdim ki, müharibə başlayan andan bəri Vaşinqtonun Təl-Əvivə verdiyi dəstəyi yüksək qiymətləndirirəm. Amma mən bir məqamı da vurğuladım ki, son bir neçə aydır ki, ABŞ ən yaxın müttəfiqi olan İsrailə silah və sursat vermir.

E.Blinken məni əmin etdi ki, bu problem ortadan qalxacaq. Ümid edirəm ki, bu belə olar. 2-ci Dünya müharibəsi zamanı Çörçil ABŞ-yə demişdi ki, texnikanı verin, biz işimizi yerinə yetirəcəyik. Mən də deyirəm ki, siz bizə silah-sursat verin, biz də işimizi daha sürətli şəkildə həll edək".

B.Netanyahunun açıqlamasına rəsmi Vaşinqtondan reaksiya gecikməyib. Ağ Ev İsrailin Baş nazirinin “ABŞ İsrailə silah-sursat vermir” iddiasını təkzib edib.

“Onu deyim ki, biz B.Netanyahunun nə barədə danışdığını həqiqətən də bilmirik. Çünki silah-sursatların gecikməsi halı yalnız bir dəfə baş verib və biz həmin məsələ ilə bağlı dəfələrlə açıqlama vermişik.

Bundan əlavə olaraq isə belə bir hal yaşanmayıb. Dövlət katibi E.Blinkenin də dediyi kimi, hər şey öz axarı ilə davam edir və hərbi texnikanın tədarükündə gecikdirilmə kimi proses baş tutmayıb”, – Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

Məlumat üçün bildirək ki, ABŞ-nin Dövlət katibi Entoni Blinken də NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında Ağ Evin İsrailə silah tədarükünü dayandırmadığını deyib.

Onun sözlərinə görə, Təl-Əvivə yalnız güclü bombaların bir partiyasının ötürülməsi gecikdirilib. Bunun da səbəbi sözügedən sursatların Rəfah kimi əhalinin sıx məskunlaşdığı bir ərazidə istifadəsi ilə bağlı Ağ Evin keçirdiyi narahatlıqdır.

Onları izləyin, çünki... | Paşinyandan təcili göstəriş

Onları izləyin, çünki... | Paşinyandan təcili göstəriş

Dünya
28 iyun 2024
İrana qarşı 7 cəbhədə vuruşuruq | Netanyahudan aranı qarışdıran açıqlama

İrana qarşı 7 cəbhədə vuruşuruq | Netanyahudan aranı qarışdıran açıqlama

Dünya
28 iyun 2024
İran səfirindən Ermənistanla bağlı açıqlama | Hakimiyyətə gələn hər kəs…

İran səfirindən Ermənistanla bağlı açıqlama | Hakimiyyətə gələn hər kəs…

Dünya
28 iyun 2024
İlon Mask debatla bağlı qalmaqallı paylaşım etdi | Onlar sadəcə danışan...

İlon Mask debatla bağlı qalmaqallı paylaşım etdi | Onlar sadəcə danışan...

Dünya
28 iyun 2024
Bunun məsuliyyəti onların üzərindədir | Rusiyadan ABŞ və NATO-ya cavab

Bunun məsuliyyəti onların üzərindədir | Rusiyadan ABŞ və NATO-ya cavab

Dünya
28 iyun 2024
Vəziyyət kəskin pisləşir | Rusiya Livana yeni raket sistemləri göndərəcək?

Vəziyyət kəskin pisləşir | Rusiya Livana yeni raket sistemləri göndərəcək?

Dünya
28 iyun 2024
Əsədlə bu barədə danışdıq | Ərdoğandan Suriya ilə bağlı açıqlama

Əsədlə bu barədə danışdıq | Ərdoğandan Suriya ilə bağlı açıqlama

Dünya
28 iyun 2024
Nüvə müharibəsi üçün... | Trampın İsraillə bağlı dediyi Baydeni özündən çıxardı

Nüvə müharibəsi üçün... | Trampın İsraillə bağlı dediyi Baydeni özündən çıxardı

Dünya
28 iyun 2024
Zelenskiyə görə mübahisə düşdü | Baydenlə Tramp arasında sərt üzləşmə

Zelenskiyə görə mübahisə düşdü | Baydenlə Tramp arasında sərt üzləşmə

Dünya
28 iyun 2024
Baydenlə Tramp debata girdi, ara qarışdı | Trampdan gözlənilməz tələb

Baydenlə Tramp debata girdi, ara qarışdı | Trampdan gözlənilməz tələb

Dünya
28 iyun 2024
Seçilmişlər
icon