İsrailin buna razı olmaması müharibəni başlatdı | Əsl səbəblər bilindi
2023-cü ilin oktyabrın 7-dən bəri davam edən İsrail-HƏMAS müharibəsində vəziyyət dalana dirənib.
Tarixin müxtəlif zamanlarından fərqli olaraq bu dəfə daha dəhşətli və geniş miqyasda gedən qarşıdurmada atəşkəs danışıqları da nəticəsiz qalıb.
Bütün bu yaşananlar isə nə az, nə çox 40 min fələstinlinin həyatına son qoyub. Acınacaqlısı odur ki, bu rəqəmlər hər keçən gün daha da artır. Təxminən 365 kvadratkilometr ərazidə aparılan əməliyyatların hələ də yekunlaşmaması isə ağıllarda sual yaradır. Qəzzadakı müharibə niyə bitmir?
Bir sıra xarici media orqanları bunu girovların qaytarılması ilə əlaqələndirir. Hətta İsrailin Baş naziri Benyamin Netanyahu da israilliləri geri qaytarmayana qədər müharibəni bitirmək niyyətində olmadığını dəfələrlə bəyan edib.