İsrailin hücumunda həyatını itirən "Hizbullah" liderini kim əvəz edəcək? | Vəziyyət gərginləşir
İran hökuməti İsrailin hücumundan sonra həlak olan “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullahın xatirəsinə beş günlük matəm elan edib.
Matəm elan olunması ilə bağlı İranın ali dini lideri Ayətullah Əli Xamenei müvafiq qərar verib.
Qeyd edək ki, İsrail Müdafiə Ordusu Həsən Nəsrullahın ölümü ilə bağlı məlumat yayıb. Daha sonra təşkilat bu xəbəri təsdiqləyib.
Bu arada “Hizbullah” hərəkatında Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənilir.
Bu barədə “The New York Times” məlumat yayıb. Məlumata görə, o, öldürülən Həsən Nəsrullahın qohumudur.
İsrail Ordusu isə Beyruta növbəti zərbəsi zamanı “Hizbullah” hərəkatının hərbi qanadının kəşfiyyat şöbəsinin üzvü Həsən Xəlil Yasini öldürdüyünü bildirib.
Ordunun mətbuat xidmətinin verdiyi açıqlamaya görə, o, İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”ın yerləşdiyi Beyrutun Dahiya bölgəsinə endirdiyi zərbədən sonra həyatını itirib.