İstanbuldakı görüşün nəticəsi necə olacaq? - Tarix təkrarlanacaq, yoxsa...?
Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə getməsi fonunda Rusiya Prezidenti Vladimir Putinin İstanbula 2022-ci ildəki danışıqlarda iştirak edən nümayəndələri göndərməsi danışıqlarda hansısa razılığa gəlinməsi ehtimalını azaldır.
Bu, “The Wall Street Journal”ın hazırladığı materialda əksini tapıb.
Bildirilir ki, Putin Zelenskinin Türkiyədə birbaşa yüksək səviyyəli danışıqlar üçün görüşmək çağırışına məhəl qoymayıb, 2022-ci ildə Ukraynanın tam kapitulyasiyasını tələb edən qrupu İstanbula göndərməklə danışıqların nəticələrini bəribaşdan kölgə altına alıb.
Nəşr bildirir ki, Putinin köməkçisi Vladimir Medinski və müdafiə nazirinin müavini Aleksandr Fomin 3 il əvvəl Ukraynanın qeyd-şərtsiz təslimiyyətini tələb edirdilər. Lakin danışıqlardan az sonra Ukrayna özündə güc taparaq Rusiya qoşunlarını Kiyev ətrafından və Ukraynanın şimalındakı digər ərazilərdən çıxarmağa nail oldu.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna Prezidenti sülh üçün əsas şərtləri açıqladı
- Rusiya və Ukrayna arasında daimi sülhün yaranması üçün kritik şərt - Baku TV
- Enerji və yaşayış obyektləri hər gün hədəfə alınır | Zelenskidən dünyaya çağırış - Baku TV CANLI
- Ukraynada enerji obyektləri vuruldu
- Peskov Zelenskinin dediklərini təkzib etdi | "Rusiya heç bir mükafat əldə etməsin" - Baku TV
