Pleyeri seçin:
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat keçirilib, saxlanılanların sayı açıqlanıb
Türkiyənin Kahramanmaraş şəhəri də daxil olmaqla 8 vilayətdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 39 şübhəli saxlanılıb.
Araşdırmalar çərçivəsində İŞİD terror təşkilatının fəaliyyətində iştirak etdiyi müəyyən edilən şəxslərə qarşı Kahramanmaraşla yanaşı, İstanbul, Ankara, Konya, Zonguldak, Adana, Hatay və Qaziantep vilayətlərində eyni vaxtda əməliyyat keçirilib.
"Əməliyyat zamanı 39 şübhəli saxlanılıb. Daha bir şəxsin isə xaricdə olduğu müəyyən edilib", – deyə məlumatda bildirilir.
Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı 5 tapança, 251 patron, 6 ov tüfəngi, 123 ov tüfəngi patronu, 2 qılınc və 2 bıçaq da ələ keçirilib.
Kopyalandı
#Kahramanmaraş teqi istifadə olunub
- Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
- İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib - Baku TV
- "Bu hadisələr bizi dərindən kədərləndirir" | Azərbaycan XİN qardaş ölkəyə başsağlığı verdi - Baku TV
- Türkiyədə məktəbə silahlı hücum: Ölən və yaralananlar var - ANA XƏBƏR
- "5 silahla girib..." - Dəhşətə gətirən anlar | Məktəbə silahlı hücum edildi | Türkiyə - Baku TV
