Kainatdakı ən inanılmaz hadisələrdən biri necə mümkün oldu?
Yeniliklərdən dərhal xəbərdar olun
Elm adamları kainatdakı ən inanılmaz hadisələrdən biri olan “qadağan olunmuş” qara dəliklərin birləşməsinin necə mümkün olduğunu kəşf ediblər.
Təxminən 7 milyard işıq ili uzaqda baş verən bu toqquşma 2023-cü ildə qravitasiya dalğaları vasitəsilə qeydə alınıb.
Kütlələri Günəşdən 100-140 dəfə böyük olan toqquşmada iştirak edən qara dəliklər astrofizika qanunlara görə mövcud ola bilməzdi. Bununla belə, Nyu-Yorkdakı Flatiron İnstitutunun (ABŞ) alimləri simulyasiyalar vasitəsilə onların əmələ gəlməsinin sirrinin əvvəllər nəzərə alınmayan maqnit sahələrinin təsiri ilə bağlı olduğunu üzə çıxarıblar.
Kəşf nəinki “qeyri-mümkün birləşmə”nin sirrini çözüb, həm də elm adamlarının qara dəliklərin əmələ gəlməsi ilə bağlı anlayışını dəyişdirərək kainatın hələ də gözlənilməz imkanlarla dolu olduğunu sübut etdi.
