Kallas Aİ ölkələrinin Hörmüz boğazı barədə mövqeyini açıqladı
Avropa İttifaqına üzv ölkələr özlərinin "Aspides" hərbi-dəniz missiyasının mandatını genişləndirməyi və Hörmüz boğazından keçən gəmiçiliyi dəstəkləmək üçün oraya gəmilər göndərməyi zəruri hesab etməyib.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Xarici İşlər Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, iclasda İttifaqa daxil olan ölkələrin xarici işlər nazirləri Fars körfəzi regionunda, xüsusən İran tərəfindən bloklanmış Hörmüz boğazında gəmiçiliyin daha səmərəli qorunması variantlarını müzakirə ediblər.
Kallas Şuranın iclası başlamazdan əvvəl bildirib ki, "Aspides" hərbi-dəniz əməliyyatının mandatının genişləndirilməsi və Hörmüz boğazından keçən gəmiçiliyi dəstəkləmək üçün onun gəmilərinin göndərilməsi təklif edilmişdi.
"Müzakirələrimiz zamanı bu əməliyyatı gücləndirmək üçün aydın istək səsləndi. Lakin hazırda "Aspides" əməliyyatının mandatını dəyişdirmək istəyi yoxdur. Nazirlərin fikrincə, Hörmüz boğazının diqqət mərkəzində olmasına baxmayaraq, Qırmızı dəniz də kritik dərəcədə vacib olaraq qalır", – deyə Kallas vurğulayıb.
O qeyd edib ki, Avropa İttifaqı nümayəndələrinin əksəriyyəti özlərinin başlamadığı müharibəyə müdaxilə etmək istəmirlər.
#Hörmüz boğazı teqi istifadə olunub
- Hörmüz boğazının bağlanması qlobal kimya sənayesini sarsıtdı
- Dünyanı gözləyən böhran: Neft ehtiyatları rekord sürətlə tükənir - Baku TV
- Çinlə heç bir problemimiz yoxdur | Donald Tramp - Baku TV
- Rusiya ABŞ-nin İran əleyhinə qətnaməsinə qarşı çıxdı: Hörmüz xətti yenidən alovlanacaq?
- Hörmüz boğazında çoxmillətli missiya planı: Qərb yeni təhlükəsizlik arxitekturası qurur?
