Kanada Fələstini tanıyacaq? - “Sülhə gedən yol...”
Yeniliklərdən dərhal xəbərdar olun
Kanada Fələstində seçkilərin keçirilməsi, zəruri islahatların yerinə yetirilməsi və HƏMAS hərəkatının gələcək hökumətdə iştirakdan imtina edərək silahı təhvil verməsi şərti ilə BMT Baş Assambleyasının 80-ci sessiyasında Fələstinin dövlətçiliyini tanımağa hazırdır.
Bu barədə Kanadanın Baş naziri Mark Karni bəyan edib.
Onun sözlərinə görə, Kanada həmişə sülh və təhlükəsizlik içində yaşayan müstəqil dövlət kimi İsrailin mövcudluğunu qətiyyətlə dəstəkləyəcək.
"Lakin davamlı sülhə gedən yol İsrailin təhlükəsizlik hüququnu tanıyan həyat qabiliyyətli və sabit Fələstin dövləti olmadan mümkün deyil", ‒ deyə M.Karni qeyd edib.
O həmçinin HƏMAS-ı 7 oktyabr 2023-cü ildə ələ keçirilən bütün girovları dərhal azad etməyə çağırıb.
#Kanada teqi istifadə olunub
- ABŞ-nin tarifləri Kanada ilə münasibətlərə necə təsir edib?
- Ursula Fon der Lyayenin Kanadaya assosiativ üzvlük təklifinə qarşı narazılıqlar var
- Tramp Kanadanı ABŞ-ni aldatmaqda ittiham etdi - Baku TV CANLI
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
