Kastamonuda təxliyə başlayıb | Sürüşmə kənd yollarında hərəkəti tam dayandırıb - Baku TV
Türkiyənin Kastamonu vilayətinin Cide rayonunda leysandan sonra yaranan daşqına görə 12 nəfər təxliyə edilib, Doğanyurt rayonunda isə sürüşmə səbəbindən 6 kənd yolu nəqliyyata bağlanıb.
Bu barədə "Haber Global" məlumat yayıb.
Şəhər üzrə “112” Təcili Çağrı Mərkəzinə 239 müraciətin daxil olduğu bildirilib. Türkiyənin fəlakətlərə müdaxilə qrupları hazır vəziyyətə gətirilib.
"Cide rayonunda ehtiyat tədbir məqsədilə elektrik enerjisinin verilişi dayandırılıb, Meşə İdarəetmə Müdirliyində böhran mərkəzi yaradılıb", – deyə məlumatda bildirilib.
Vilayət üzrə 296 nəqliyyat vasitəsi və iş maşını, 20 motopompa və 445 nəfər şəxsi heyət cəlb edilib. Sahil zolağındakı riskli ərazilərdə axtarış-xilasetmə qrupları ilə qurumlara məxsus nəqliyyat vasitələri və iş maşınları yerləşdirilib.
Xatırladaq ki, yağışla bağlı narıncı xəbərdarlıq verilən vilayətin Cide rayonunda Devrekani çayı daşıb.
#Türkiyə teqi istifadə olunub
- Həbsxana kameralarındakı kadrlar istintaqa daxil edilib
- Orta Dəhliz məsələsində Türkiyə-Azərbaycan bu addımı atacaq - AKTUAL GÜNDƏM
- Türkiyə və Pakistan Ər-Riyadın əsas tərəfdaşına çevrilir? - Baku TV
- Türkiyə gələn il Aya göndərəcəyi ilk kosmik aparatla elmi tədqiqatlar aparacaq
- Husilərdən Türkiyə və Pakistana xəbərdarlıq
