Pleyeri seçin:

Keçmiş əri içində Colinin qanı olan şüşə qabı niyə özü ilə gəzdirdiyini etiraf etdi

19 noyabr 2025 243 baxış

Aktyor Billi Bob Tornton Ancelina Colidən boşanmasından 20 ildən çox vaxt keçməsinə baxmayaraq, içərisində keçmiş xanımının qanı olan şüşə qabı niyə özü ilə gəzdirdiyinə aydınlıq gətirib.

Bu barədə "Rolling Stone" nəşri yazıb.

Tornton bildirib ki, bunu romantik məqsədlərlə edib. Onun sözlərinə görə, mətbuatın bu faktı qalmaqal kimi təqdim etməsi təəccübləndirir.

“Bu, romantik fikirdən başqa heç nə deyildi. Amma ayrılanda bizi az qala yer altında yaşayan, bir-birimizin qanını içən və bu kimi şeylərlə məşğul olan vampir kimi təqdim etdilər”, ‒ deyə o gülür.

70 yaşlı aktyor Coli ilə yaxşı münasibətlərinin qaldığını qeyd edir və onunla yaşadığı illəri ömrünün ən gözəl illəri hesab edir.

“Biz onunla hələ də çox yaxın dostlarıq. Bu, həqiqətən sivil bir şəkildə başa çatan evlilik oldu ‒ biz sadəcə ayrıldıq, çünki tamamilə fərqli həyat tərzlərimiz var idi”, ‒ deyə o vurğulayıb.

Qeyd edək ki, Tornton və Coli 1999-cu ildə çəkiliş meydançasında tanış olublar, 2000-ci ildə evləniblər, 2002-ci ildə Meddoks adlı uşağı övladlığa götürdüklərini elan ediblər və üç aydan sonra ayrılıblar.

İran hərəkətə keçdi: 3 pilotun taleyi ilə bağlı qəti tələb irəli sürüldü - Baku TV CANLI

İran hərəkətə keçdi: 3 pilotun taleyi ilə bağlı qəti tələb irəli sürüldü - Baku TV CANLI

Dünya
15 avqust 2026 243 baxış
İrana təzyiqlər artır | Avropa İttifaqından alqış bəyanatı - Baku TV CANLI

İrana təzyiqlər artır | Avropa İttifaqından alqış bəyanatı - Baku TV CANLI

Dünya
15 avqust 2026 243 baxış
Pişik dişləyən uşaq süni tənəffüs aparatına qoşuldu

Pişik dişləyən uşaq süni tənəffüs aparatına qoşuldu

Dünya
15 avqust 2026 243 baxış
Bəşəriyyət yarım əsrdir Qırmızı planetə səyahət etməyi xəyal edir

Bəşəriyyət yarım əsrdir Qırmızı planetə səyahət etməyi xəyal edir

Dünya
15 avqust 2026 243 baxış
Peyklərin atmosferə mümkün təsiri yeni narahatlıq yaradıb

Peyklərin atmosferə mümkün təsiri yeni narahatlıq yaradıb

Dünya
15 avqust 2026 243 baxış
"Terrorsuz Türkiyə" təşəbbüsü

"Terrorsuz Türkiyə" təşəbbüsü

Dünya
15 avqust 2026 243 baxış
Monteneqroda yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər

Monteneqroda yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər

Dünya
15 avqust 2026 243 baxış
Miçiqanda baş verən silahlı insident beş nəfərin ölümü ilə nəticələnib

Miçiqanda baş verən silahlı insident beş nəfərin ölümü ilə nəticələnib

Dünya
15 avqust 2026 243 baxış
İspaniyada yanğınlar 38 min hektardan çox ərazini külə çevirib

İspaniyada yanğınlar 38 min hektardan çox ərazini külə çevirib

Dünya
15 avqust 2026 243 baxış
Qədim dünyanın möcüzəsinə aid izlər aşkar edilib

Qədim dünyanın möcüzəsinə aid izlər aşkar edilib

Dünya
15 avqust 2026 243 baxış
Seçilmişlər
icon