Pleyeri seçin:

Kəskin ucuzlaşmanın səbəbləri | Kriptovalyuta bazarında yenidən bahalaşma olacaq? - Baku TV

13 fevral 2026 1333 baxış

Donald Trampın kriptovalyuta ilə bağlı seçkiqabağı və yeni prezident seçiləndən sonrakı çıxışları bu bazarda ciddi canlanma yaratsa da, son günlərdə qiymətlərdə kəskin enmə müşahidə edilir.

“Binance” platformasında təkcə “Bitcoin” son 90 gündə 30 faizdən çox ucuzlaşıb. Ümumilikdə isə hazırda bu kriptovalyutanın qiyməti 2025-ci ildə müşahidə edilmiş ən yüksək həddən 45 faiz aşağıdır.

Maraqlıdır, kriptovalyutaların, o cümlədən “Bitcoin”in kəskin ucuzlaşması nə ilə bağlıdır? D.Trampın bununla bağlı siyasəti dəyişib, yoxsa burada başqa amillər var?

İqtisadçı Xalid Kərimli deyir ki, ABŞ Federal Ehtiyatlar Sisteminin mövqeyinin zəifləyəcəyi ilə bağlı gözləntilərin özünü doğrultmaması kriptovalyutaların qiymətinə təsir edir.

Ekspert hesab edir ki, Donald Trampın qurumun rəhbərliyinə Kevin Vorş kimi sərt və bazar müdaxilələrinə açıq yanaşan şəxsin namizədliyini elan etməsi dolların faiz dərəcəsinin sürətli azalacağı ilə bağlı təxminləri aradan qaldırıb. Bu da kriptovalyutaların dolların ucuzlaşmasının təsirlərindən sığortalayan alətə çevrilməsinə imkan yaratmır və investorlar bu vasitələri sürətlə satmağa başlayıblar.

Ucuzlaşmanın davam edəcəyi təxmin edilsə də, qiymətlərin yenidən artacağı ilə bağlı gözləntilər də az deyil. Hesab edilir ki, qiymətlərin kəskin enməsi alışları artıra bilər ki, bu da kriptovalyutaların yenidən bahalaşmasına gətirib çıxaracaq. 

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 1333 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 1333 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 1333 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 1333 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 1333 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 1333 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 1333 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 1333 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 1333 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 1333 baxış
Seçilmişlər
icon