Kiyev atəşə tutuldu | Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
Noyabrın 4-dən 5-ə keçən gecə Rusiyanın Kursk vilayətinə hücuma hazırlaşan 15 ukraynalı hərbçi Rusiya silahlı qüvvələri tərəfindən məhv edilib.
Ölkənin Müdafiə Nazirliyindən həmçinin bildirilib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk vilayəti üzərində Ukraynaya məxsus 6 PUA-nı zərərsizləşdirib.
Vilayətin qubernatoru Aleksandr Boqomaz teleqram kanalında qeyd edib ki, məhv edilən PUA qalıqlarının yaşayış məntəqələrinə düşməsi nəticəsində xəsarət alan olmayıb.
Belqorod vilayətinin rəhbəri Vyaçeslav Qladkov isə bildirib ki, gecə ərzində vilayət üzərində 22 PUA məhv edilib.
Məlumat üçün bildirək ki, Rusiya silahlı qüvvələri də son sutka ərzində Kiyevi dəfələrlə atəşə tutub. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevdə həyəcan siqnalı verilib.