Kiyev və İrpendə qorunan abidələrin mühafizə örtükləri nə zaman çıxarılacaq? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın paytaxtı Kiyev və müharibənin ağır izlərini daşıyan İrpen şəhərlərində tarixi abidələrin taleyi ilə bağlı yeni mərhələ başlayıb. Müharibənin ilk günlərindən etibarən qəlpə və zərbələrdən qorunmaq məqsədilə qum kisələri, metal lövhələr və xüsusi örtüklərlə bürünmüş abidələrin nə zaman açılacağı məsələsi gündəmə gəlib. Baku.tv-nin Ukrayna bürosunun verdiyi məlumata görə, yerli rəsmi qurumlar və bərpaçılar təhlükəsizlik risklərini nəzərə alaraq, bu prosesin mərhələli şəkildə həyata keçirilməsini planlaşdırırlar. İrpen şəhərində artıq bəzi simvolik abidələrin üzərindəki mühafizə qatlarının təmizlənməsinə başlanılsa da, Kiyevin mərkəzindəki dünya əhəmiyyətli abidələr hələ də "zirehli" qalmaqdadır. Mütəxəssislər bildirirlər ki, bu örtüklərin çıxarılması yalnız hava hücumundan müdafiə sistemlərinin tam gücləndirilməsi və regionda nisbi sabitliyin təmin olunmasından sonra mümkün olacaq. Videoda Kiyev və İrpendəki abidələrin hazırkı vəziyyəti və bərpa planları ətraflı əks olunub.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI
