Pleyeri seçin:
Kiyev yenidən kütləvi hava hücumuna məruz qaldı | Ölənlər var
Baku TV-nin Şərqi Avropa bürosunun verdiyi məlumata görə, 26 oktyabr tarixində Ukraynanın paytaxtı Kiyev və ətraf vilayətlər yenidən kütləvi hava hücumuna məruz qalıb. Hücum nəticəsində 4 nəfər həlak olub, 2-si azyaşlı olmaqla 28 nəfər yaralanıb. Zərbələr əsasən Dnepr çayının sol sahilində yerləşən Desnyanskiy, Darnitskiy və Poznyaki rayonlarını hədəf alıb. Havada vurulan dronların qalıqlarının yaşayış binalarına düşməsi nəticəsində ciddi dağıntılar baş verib. Fövqəladə hallar xidməti dağıntılar altında qalanların axtarışını davam etdirir, yaralılar isə xəstəxanalara yerləşdirilib.
Kopyalandı
#Kiyev teqi istifadə olunub
- Ukraynada istilik sistemi hələ də bərpa olunmayıb
- İstilikdən məhrum olan Kiyev sakinləri çadırlara köçür - Baku TV
- Ukrayna paytaxtından reportaj | Sakinlər çətinliklərdən danışdı - Baku TV
- Şəhər meri acınacaqlı vəziyyətdən danışdı
- Böyük Britaniyanın müdafiə naziri Kiyevə səfərində təhlükə ilə üz-üzə
