Pleyeri seçin:

İsrail Vaşinqton-Tehran danışıqlarının gedişatından narahatdır - Baku TV

04 fevral 2026 546 baxış

Tehran və Vaşinqton arasında danışıqlarla bağlı fərziyyələrə baxmayaraq, hətta İsraildə belə Ağ Evin İran barədə əsas və son məqsədinin aydın təsviri yoxdur.

Bu barədə İsrailin “Maariv” qəzeti yazıb.

İsrail Vaşinqton və Tehran arasındakı danışıqların gedişatını narahatlıqla izləyir və hesab edir ki, İrana etibar etmək olmaz. İsrailin qiymətləndirməsinə görə, danışıqların uğursuz olma ehtimalı var, hərbi qarşıdurma variantı hələ də ciddi şəkildə gündəmdədir.

“Maariv”in məlumatına görə, İsrailin hərbi və təhlükəsizlik rəsmiləri ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla görüşdə “İran təhlükəsi xəritəsi”ni təqdim ediblər. İsrail bu fikirdədir ki, ABŞ ilə İran arasında hərbi qarşıdurma qaçılmazdır.

İsrailin təhlükəsizlik rəsmisi nəşrə deyib: “İran məsələsinə İsrailin baxış bucağından, ölkəmizə qarşı birbaşa təhdidlərdən yanaşırıq. ABŞ məsələləri fərqli və daha geniş perspektivdən görür. İran birbaşa ABŞ-ni təhdid etmir, amma Çin və Rusiyanın yer aldığı güc blokunun bir hissəsi kimi çıxış edir.

Danışıqlara gəlincə, bunun razılaşma ilə nəticələnib-nəticələnməyəcəyi məlum deyil. Bir neçə ssenariyi nəzərdən keçiririk: razılaşmanın əldə olunması, razılaşmasız qarşıdurma və ya razılaşma prosesinin başlanması, amma nəticədə, qarşıdurmaya çevrilməsi”.

“Maariv” əlavə edir ki, İsraildə heç kim, hətta hərbi kəşfiyyat və “Mossad” rəhbəri də ABŞ Prezidenti Donald Trampın İran məsələsində əsas tələbinin nə olduğunu dəqiq bilmir. Yəni məlum deyil ki, Vaşinqton İran rejimini zəiflətmək və ya devirmək istəyir, yoxsa yalnız nüvə proqramına fokuslanıb?!

Digər qeyri-müəyyən məsələ D.Trampın qərar zamanı ilə əlaqəlidir. Qiymətləndirmələr göstərir ki, onun İranla bağlı qərarı bir neçə gün və ya bir neçə həftə ərzində verilə bilər.

İsrail kəşfiyyatının fikrincə, ABŞ qüvvələri bölgədə hərbi və müdafiə variantları üçün hazır vəziyyətdədir. İsrail həm də hesab edir ki, danışıqlar hərbi qarşıdurmanı əngəlləyə bilər.

Nəşrin mənbələrinə görə, İranın nüvə proqramı və təxminən 400 kiloqram zənginləşdirilmiş uran, ballistik raket layihəsi və proksi qüvvələrdən imtina etməsi gözlənilmir. Çünki bu üç element İran rejiminin ideologiyası və strukturunun ayrılmaz hissəsidir.

“Maariv” sonda İranın PUA-sının bölgədə ABŞ gəmisinə yaxınlaşması və Hörmüz boğazında neft tankerini ələ keçirməyə yönəlmiş uğursuz cəhdinə işarə edərək qeyd edir ki, İran ABŞ-yə qarşı təhdid yaratmaq səylərinə başlayıb.

Kopyalandı
İranın Xarq adasındakı hərbi obyektlərə zərbə endirilib

İranın Xarq adasındakı hərbi obyektlərə zərbə endirilib

Dünya
14 mart 2026 546 baxış
HƏMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb - Baku TV CANLI

HƏMAS İranı qonşu ölkələri hədəf almaqdan çəkinməyə çağırıb - Baku TV CANLI

Dünya
14 mart 2026 546 baxış
Maye qaz daşıyan tanker Hörmüz boğazını keçib

Maye qaz daşıyan tanker Hörmüz boğazını keçib

Dünya
14 mart 2026 546 baxış
Ağcaqanadlar hər il azı 760 min nəfərin həyatına son qoyur

Ağcaqanadlar hər il azı 760 min nəfərin həyatına son qoyur

Dünya
14 mart 2026 546 baxış
Ağacların kəsilməsi sürətlə artıb

Ağacların kəsilməsi sürətlə artıb

Dünya
14 mart 2026 546 baxış
“Bu şəhər vurulacaq, təcili...” - Savaşın miqyası genişlənir? - Sensasiyalı xəbərdarlıq - Baku TV

“Bu şəhər vurulacaq, təcili...” - Savaşın miqyası genişlənir? - Sensasiyalı xəbərdarlıq - Baku TV

Dünya
14 mart 2026 546 baxış
Bağırsaq xərçənginə səbəb olan amillər

Bağırsaq xərçənginə səbəb olan amillər

Dünya
14 mart 2026 546 baxış
ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir?

ABŞ Yaxın Şərqə əlavə qoşun göndərir?

Dünya
14 mart 2026 546 baxış
Tramp İranın bu planlarını suya saldı? - Baku TV CANLI

Tramp İranın bu planlarını suya saldı? - Baku TV CANLI

Dünya
14 mart 2026 546 baxış
Buzlu suyun xeyirdən daha çox zərər verir?

Buzlu suyun xeyirdən daha çox zərər verir?

Dünya
14 mart 2026 546 baxış
Seçilmişlər
icon