Pleyeri seçin:

Kiyevdə vəziyyət yenidən gərginləşdi: Ukrayna HHMQ komandanlığından açıqlama

11 noyabr 2023 689 baxış

Noyabrın 10-u axşam saatlarında bütün Ukrayna üzrə ümumölkə hava hücumundan müdafiə xəbərdarlığı 2 aylıq fasilədən sonra yenidən işə düşüb.

Səhərə qədər kiçik fasilələrlə davam edən həyəcan siqnallarının ardınca Ukraynanın bir sıra şəhərləri, o cümlədən paytaxt Kiyev uzaqmənzilli raket zərbələrinə məruz qalıb.

Kiyev şəhər hərbi administrasiyasının məlumatına görə, bu, son 52 gündə şəhərə edilən ilk ballistik raket hücumu idi.

Ukrayna HHMQ komandanlığının rəsmisi Yuri İqnat bildirib ki, ilkin məlumata görə, bu, “İsgəndər-M” tipli ballistik raketlər idi:

“Bu raketlər “Patriot” hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib. Yerli hərbi administrasiyanın ilkin məlumatına görə, infrastruktura ciddi zərər dəyməyib və insanlar arasında itki yoxdur

Bir sözlə, növbəti hücum dəf edilib. Noyabrın 11-nə keçən gecə Ukrayna ərazisinə üç istiqamətdə 31 “Shahed” pilotsuz uçuş aparatından istifadə etməklə hücumlar həyata keçirilib.

Bu PUA-ların 19-u Ukraynanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. Hücumlar əsasən sərhəd bölgəsinə edilib. Bundan başqa, Ukrayna ərazisinə 3 raket də atılıb”.

Qeyd edək ki, hava hücumundan müdafiə xəbərdarlığı Kiyev də daxil olmaqla bütün Ukrayna ərazisində gün ərzində davam edib.

Banner
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 689 baxış
Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 689 baxış
72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

Dünya
04 noyabr 2026 689 baxış
Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Tehran Vaşinqtonla danışıqlara etimadsızlığını ifadə edir

Dünya
04 noyabr 2026 689 baxış
Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Seçkilərin nəticələri Trampın xarici siyasətinə necə təsir edəcək? - Baku TV

Dünya
04 noyabr 2026 689 baxış
Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Əl-Əlimi SEPAH-ı husilərin hərbi imkanlarını gücləndirməkdə günahlandırıb

Dünya
04 noyabr 2026 689 baxış
Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Suriyada terror aktı planlaşdırmaqda şübhəli bilinən silahlılar saxlanılıb

Dünya
04 noyabr 2026 689 baxış
Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Ruandalı uşaqlar rus mahnıları ilə sosial şəbəkələrdə tanınıblar

Dünya
04 noyabr 2026 689 baxış
Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir

Dünya
04 noyabr 2026 689 baxış
Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Seçkilərdə 60 milyona yaxın insanın səs verəcəyi proqnozlaşdırılır

Dünya
04 noyabr 2026 689 baxış
Seçilmişlər
icon