Pleyeri seçin:

Kiyevə hücumlar davam edir | Ukraynanın paytaxtında son vəziyyət necədir? - Baku TV

29 avqust 2026 69 baxış

Rusiya-Ukrayna cəbhəsində gərgin döyüşlər davam edir. Ukraynanın paytaxtı Kiyev artıq üç gündür fasiləsiz hava hücumu xəbərdarlıqları ilə üz-üzədir.

Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanovun sözlərinə görə, Rusiya Ordusunun 2022-ci ilin aprelində Kiyev ətrafından geri çəkilməsindən sonra ilk dəfədir ki, şəhərdə hava həyəcanı bu qədər uzun müddət davam edir. Hazırda da Kiyevdə hava həyəcanı rejimi qüvvədədir. Hücumlar səbəbindən şəhərdə bir sıra obyektlər, o cümlədən ticarət mərkəzləri, supermarketlər və mağazalar fəaliyyətini dayandırıb.

Bildirilib ki, Kiyevin mərkəzi rayonları istisna olmaqla, şəhərin ətraf əraziləri, xüsusilə Solomensk və Obolon rayonları, eləcə də Kiyev vilayəti mütəmadi olaraq dron hücumlarına məruz qalır. Hər saat müxtəlif istiqamətlərdən çoxsaylı pilotsuz uçuş aparatlarının şəhərə doğru hərəkət etdiyi barədə xəbərdarlıqlar edilir.

Qeyd edilib ki, son sutkada Kiyev istiqamətinə 300-ə yaxın dron hücum edib, onlardan təxminən 200-ü havada zərərsizləşdirilib. Bununla belə, vurulan dronların qalıqları da ətraf ərazilərdə dağıntılara səbəb olur.

Hücumlar nəticəsində Kiyev vilayətində ölənlərin sayının 10-a, yaralananların sayının isə 20-yə çatdığı bildirilir.

Vurğulanıb ki, oxşar vəziyyət qonşu Çerniqov və Sumı vilayətlərində də müşahidə edilir.

Ukrayna Prezident Ofisinin müşaviri Pavel Polişçuk bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, Rusiya Ordusu quru istiqamətində də Kiyevə hücuma hazırlaşa bilər.

Onun sözlərinə görə, mümkün hücumun Kiyev və Çerniqov vilayətləri ilə yanaşı, Jitomir vilayətini də əhatə edə biləcəyi ehtimal olunur. Pavel Polişçuk bölgə sakinlərini mümkün təhlükəyə qarşı diqqətli olmağa çağırıb.

İranda enerji böhranı: Dövlət qurumları bağlanır? - Baku TV CANLI

İranda enerji böhranı: Dövlət qurumları bağlanır? - Baku TV CANLI

Dünya
30 avqust 2026 69 baxış
Döyüş meydanında tankların yeni missiyası

Döyüş meydanında tankların yeni missiyası

Dünya
30 avqust 2026 69 baxış
Ukraynanın Mila kəndinə dəhşətli hücum | Ölən və itkin düşənlər var - Baku TV

Ukraynanın Mila kəndinə dəhşətli hücum | Ölən və itkin düşənlər var - Baku TV

Dünya
30 avqust 2026 69 baxış
Rusiya ordusu yenidən dinc sakinləri hədəf aldı - Baku TV CANLI

Rusiya ordusu yenidən dinc sakinləri hədəf aldı - Baku TV CANLI

Dünya
30 avqust 2026 69 baxış
Dövlət qurumları bağlana bilər

Dövlət qurumları bağlana bilər

Dünya
30 avqust 2026 69 baxış
Alimlər qlobal fəlakətdən sonra ən dayanıqlı ölkəni seçdi

Alimlər qlobal fəlakətdən sonra ən dayanıqlı ölkəni seçdi

Dünya
30 avqust 2026 69 baxış
Güclü yağış Türkiyə və Rusiyada isə fəsadlar yaratdı

Güclü yağış Türkiyə və Rusiyada isə fəsadlar yaratdı

Dünya
30 avqust 2026 69 baxış
Finlandiya Prezidentindən iddialı açıqlama

Finlandiya Prezidentindən iddialı açıqlama

Dünya
30 avqust 2026 69 baxış
Tramp-Putin-Zelenski görüşü keçiriləcək?

Tramp-Putin-Zelenski görüşü keçiriləcək?

Dünya
30 avqust 2026 69 baxış
Daşqınların yaratdığı fəlakətin miqyası böyüyür

Daşqınların yaratdığı fəlakətin miqyası böyüyür

Dünya
30 avqust 2026 69 baxış
Seçilmişlər
icon