Polşa Rusiyanın bütün regionda mümkün eskalasiya planından narahat olduğunu bildirdi - Baku TV
Polşanın Baş naziri Donald Tusk Rusiyanın təkcə Ukraynaya qarşı müharibədə deyil, bütün regionda vəziyyətin mümkün şəkildə kəskinləşməsinə ciddi hazırlaşdığını bildirib.
Onun sözlərinə görə, xüsusilə payız və qış ayları əhəmiyyətli ola bilər. Qarşıdakı 7-8 ay isə Ukraynanın, Polşanın və digər Avropa ölkələrinin təhlükəsizliyi baxımından kritik dövr olacaq.
Polşa hökumətinin başçısı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya son səfərinə də münasibət bildirib.
Tuskun sözlərinə görə, Polşa ABŞ kəşfiyyatının rəhbərliyi ilə daim əlaqə saxlayır və buna görə də Retkliffin fəaliyyəti ilə bağlı məlumatlar Varşava üçün gözlənilməz olmayıb.
Bununla yanaşı, Tusk təhlükəsizlik sahəsində bəzi məlumatların məxfi qalmalı olduğunu vurğulayıb. Onun fikrincə, bu, cəmiyyətin ən ciddi təhdidlər barədə məlumatlandırılmasına mane olmamalıdır.
O sonda bir daha xatırladıb ki, Rusiya həm Ukrayna ilə müharibədə, həm də bütün regionda gərginliyin eskalasiyasına çox ciddi hazırlaşır və məlumdur ki, bu payız və qış Rusiya üçün həlledici olmalıdır.
#Polşa teqi istifadə olunub
- Azərbaycan Polşa televiziyasının qərəzli süjetinə rəsmi etirazını bildirdi - Baku TV
- Polşadakı insidentdən sonra NATO hərbi vasitələri aktivləşdirildi - Baku TV CANLI
- Alyans Polşada Rusiya raketinin vurulması ilə bağlı bəyanat verdi
- "İstəklilər koalisiyası" Rusiyanın mümkün eskalasiyasına hazırlaşır
- NATO üçün kritik sınaq: Rusiyanın növbəti hədəfi Polşa olacaq? - AKTUAL GÜNDƏM
