Kiyevə yeni hərbi yardım paketi ayrıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Kanada Ukraynaya xüsusən hava hücumundan müdafiə sahəsində yardımı nəzərdə tutan 900 milyon ABŞ dolları məbləğində yeni dəstək paketi təqdim edib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Ankarada Kanadanın Baş naziri Mark Karni ilə görüşünün yekunlarına əsasən bildirib.
Ukrayna liderinin sözlərinə görə, dəstək paketi Kiyevin Moskvadan gələn raket hücumlarından müdafiəsini gücləndirməyə ehtiyacı olduğu bir dövrdə xüsusilə vacibdir.
"Dəstəyə görə təşəkkür edirik. İndi bizdə, bəlkə də, ən böyük çatışmazlıq HHM-dir və biz Kanadadan böyük bir paket aldıq. Buna görə çox minnətdarıq", – deyə Zelenski bildirib.
Öz növbəsində çıxış edən Karni isə qeyd edib ki, Kanadanın yardımı ortamüddətli perspektiv üçün nəzərdə tutulub və HHM sahəsində yardıma əlavə olaraq hərbi texnika, döyüş sursatı tədarükü və digər dəstəyi özündə ehtiva edəcək.
"Bu, ortamüddətli perspektiv üçün yardımdır. Ortamüddətli perspektiv dedikdə, mən yaxın bir neçə ayı nəzərdə tuturam. Kanada Ukraynanın HHM sistemini gücləndirməyə davam edəcək", – deyə M.Karni bildirib.
#Kanada teqi istifadə olunub
- ABŞ-dən Kanadaya qarşı iqtisadi zərbə | İrana görə bu şirkətlər sanksiya altında - Baku TV CANLI
- ABŞ-nin tarifləri Kanada ilə münasibətlərə necə təsir edib?
- Ursula Fon der Lyayenin Kanadaya assosiativ üzvlük təklifinə qarşı narazılıqlar var
- Tramp Kanadanı ABŞ-ni aldatmaqda ittiham etdi - Baku TV CANLI
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
