Pleyeri seçin:

Kosmosdan qeyri-adi görüntü | İlk dəfə yayımlanan foto dünyaya səs saldı

11 iyun 2025 927 baxış

Çinin "Tyanven-2" (Tianwen-2) adlı kosmik zondu Yerə yaxın yerləşən və "Ayın parçası" ola biləcəyi ehtimal edilən Kamoaleva asteroidini araşdırmaq üçün kosmosda uçuşunu davam etdirir. Aparat artıq kosmosdan çəkdiyi ilk real görüntünü Yerə ötürüb.

Bu barədə Çin Milli Kosmik Agentliyi məlumat yayıb.

Yayımlanan ilk fotoda zondun dairəvi günəş paneli aydın görünür. Panelin dizaynı NASA-ya məxsus "Lucy" kosmik aparatının strukturu ilə oxşarlıq təşkil edir.

Qurumun açıqlamasına əsasən, 28 may tarixində buraxılmış zond artıq 3 milyon kilometr məsafə qət edib.

Qeyd edək ki, bu asteroid yalnız vizual təsvirlərlə təqdim olunurdu. "Tyanven-2"nin əsas missiyası 2026-cı ilin iyulunda Kamoaleva asteroidinə çatmaq və onun səthindən nümunələr toplamaqdır. Bu nümunələrin 2027-ci ilin sonunda Yerə çatdırılması planlaşdırılır.

Kamoaleva asteroidi Günəş ətrafında Yerlə eyni orbitdə hərəkət edir və bəzi alimlər tərəfindən Ayın qopmuş parçası ola biləcəyi ehtimal edilir.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 927 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 927 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 927 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 927 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 927 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 927 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 927 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 927 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 927 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 927 baxış
Seçilmişlər
icon