Pleyeri seçin:

Kosova Prezidentindən ABŞ barədə qalmaqallı açıqlama | Balkanlarda diplomatik böhran

16 iyul 2025 479 baxış

ABŞ, Kosovo və Serbiyadan ibarət "Balkan üçbucağı"nda ciddi siyasi qalmaqal yaranıb. Buna səbəb Kosovo Prezidenti Vosa Osmaninin bəyanatıdır.

O iddia edir ki, ABŞ Prezidenti Donald Tramp yaxın keçmişdə Belqradın Priştinaya qarşı həyata keçirmək istədiyi aqressiv planın qarşısını alıb.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Riçard Qrenell Vosa Osmanini Donald Trampın sözlərini manipulyasiya etməkdə ittiham edib.

Onun sözlərinə görə, Osmani tərəfindən səsləndirilən "Serbiyanın Kosovo əleyhinə yeni eskalasiyasının qarşısını Tramp aldı" fikri həqiqəti əks etdirmir.

Kosovo Prezidentinin bəyanatını Belqrad da qəti şəkildə təkzib edib. Prezident Aleksandar Vuçiç bəyan edib ki, Serbiya Kosovoya qarşı nə bir əsgər yeridib, nə də hərbi texnika göndərib.

Lakin Vosa Osmani mövqeyində israrlıdır və sübutlar təqdim edəcəyini bildirir.

Balkan mətbuatının yazdığına görə, iyun ayının ortalarında Tramp sosial şəbəkədə yazıb ki, onun prezidentliyinin birinci dönəmində Kosovo və Serbiya ağır münaqişəyə doğru irəliləyirdi və müharibənin astanasında idilər. Lakin o, bunu dayandıra bilib.

Ayın sonunda jurnalistlərlə söhbətində isə Tramp deyib ki, ABŞ son aylarda bir neçə münaqişənin, o cümlədən Serbiya ilə Kosovo arasındakı qarşıdurmanın qarşısını alıb.

Görünür, ABŞ–Kosovo–Serbiya üçbucağında yaranmış siyasi qalmaqal Tramp şəxsən bu məsələyə aydınlıq gətirməyincə, davam edə bilər.

Banner
Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Son iki ildə dünyada 189 jurnalist öldürülüb

Dünya
02 noyabr 2026 479 baxış
Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Rusiya gəmisi NATO təlimlərini izləyirdi?

Dünya
02 noyabr 2026 479 baxış
Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Günəş fırtınası Yer kürəsinin müdafiə səddini aşdı

Dünya
02 noyabr 2026 479 baxış
Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Vaşinqton təzyiqi, Tehran isə müqaviməti artırır

Dünya
02 noyabr 2026 479 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb

Dünya
02 noyabr 2026 479 baxış
Taxıl dəhlizi yenidən açılacaq?

Taxıl dəhlizi yenidən açılacaq?

Dünya
02 noyabr 2026 479 baxış
Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Tramp İranın çöküşə doğru getdiyini iddia edir - Baku TV CANLI

Dünya
02 noyabr 2026 479 baxış
Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Mərkəzi Asiyada artan TDT təsiri Moskvanı təşkilata daxil olmağa məcbur edir? - Baku TV

Dünya
02 noyabr 2026 479 baxış
Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Budapeşt enerji siyasətində yeni istiqamət götürür - Baku TV CANLI

Dünya
02 noyabr 2026 479 baxış
Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV

Dünya
02 noyabr 2026 479 baxış
Seçilmişlər
icon